Paşinyan Moskvada velosiped sürdü
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyada işgüzar səfərdə olan Nikol Paşinyan Moskvanın mərkəzində ənənəvi səhər veloyürüşünü başa vurub.
"Yeni Sabah" xəbər verir ki, o, Kremlin yaxınlığındakı Manej binasının yanından keçərək velosiped sürməsinin videosunu paylaşıb.
Paşinyan "Facebook"da yazıb: "Moskvada velosiped sürmək. Ermənistan, Rusiya".
Ermənistanın Baş nazirinin Rusiyaya səfəri zamanı səhər veloyürüşü ilk dəfə deyil. O, ənənəvi olaraq xaricə səfərləri zamanı sosial şəbəkədə analoji videolar yerləşdirir, vətəndaşları sağlam həyat tərzinə çağırır.
Dekabrın 11-də Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməzdən əvvəl Ermənistan hökumətinin başçısı otağının pəncərəsi qarşısında video çəkib.
Ehtimala görə, "The St. Regis Moscow Nikolskaya" hotelində çəkilən videoda Lubyanka meydanı və FSB-nin binası görünür.
Görüntülərədə Paşinyan “Laskovıy May” qrupunun “Belıye rozı” mahnısını dinləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 12 Dekabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















