Icma.az
close
up
RU
Paşinyan bir anda planını həyata keçirəcək

Paşinyan bir anda planını həyata keçirəcək

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın yürütdüyü xətt dünyada gedən proseslərə uyğundur”. 

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Paşinyan ölkəsində Rusiyanın təsir imkanlarını məhdudlaşdırmağa çalışır: 

“O, həm də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, Avropa İttifaqı və Qərblə yenidən əlaqələrin qurulması üçün səy göstərir. Bütün bunların hamısı müsbət tendensiyanın göstəriciləridir. Paşinyan daxildə bu prosesə qarşı çıxan müəyyən müqavimət mərkəzilərini sındırmağa çalışır. Artıq xaricdən idarə olunan Serj Sarkisyan və Robert Köçəryandan ibarət müxalif bloku kifayət qədər zəiflədə bilib. İctimai rəydə də artıq onlara rəy yoxdur”. 

Siyasətçi qeyd edib ki, proseslərə əngəl törədən əsas qüvvələrdən biri də kilsədir: 

“Bu səbəbdən Paşinyan kilsənin də müqavimətini sındırmalıdır. Proses də ona doğru gedir. Artıq kilsənin də erməni cəmiyyətindəki nüfuzu həddindən artıq aşağı düşüb. Onlar sadəcə hay-küy salaraq aksiya keçirir və xaricdəki ermənilərin diqqətini çəkməyə çalışırlar. 

Buna rəğmən, heç nəyə nail ola bilmir və Rusiyanın diqqətini çəkmirlər. Kreml Samvel Karapetyanı həm özünün, həm də kilsənin nümayəndəsi kimi göndərmişdi. Vəziyyətin dəyişəcəyini düşünürdürlər, amma Paşinyan orada da üstünlük əldə etdi və Karapetyanı həbs etdirdi. Hesab edirəm ki, Moskva Paşinyanın Karapetyana qarşı hərəkətlərindən sonra kilsəyə qarşı addımları ilə də razılşacaq”. 

Onun sözlərinə görə, Paşinyan kilsəni nəzarəti altına almaq istəyir: 

“Görünən odur ki, kilsənin nə daxildə, nə də xaricdə ciddi dəstəyi var. Üstəlik, hakimiyyətə müqavimət gücü həddindən artıq zəifləyib. Düşünürəm ki, Nikol Paşinyan bir anın içərisində kilsə ilə bağlı planlarını həyata keçirəcək. O, kilsəni təmizləmək xəttini tutub. Bəlkə də bir müddət sonra kilsənin korrupsiya və rüşvət yuvası olduğuna dair məlumatlar ortaya çıxacaq. Nəticədə isə Paşinyan kilsənin rəhbərliyinə öz xəttinə uyğun olan şəxsi gətirəcək”. 

Akif Nağının fikrincə, bütün ermənilərin katalikosu II Qaregin həbs oluna bilər: 

“Əgər konkret cinayət işləri varsa, II Qaregin də həbs oluna bilər. Əgər digər din xadimləri və keşişlər həbs olunubsa, onun da tutulması mümkündür. Ümumiyyətlə, II Qareginin müqavimət gücü sadəcə kilsədir. Kilsənin rəhbərləri isə həbs olunmasına rəğmən Ermənistanda ciddi etirazlar yoxdur. Kilsənin ölkənin daxilində sosial bazasının olmadığı açıq şəkildə görünür. Xaricdən isə kilsəni sadəcə Rusiya dəstəkləyirdi. 

Ancaq onun da dəstəyi artıq effekt vermir. Bütün bunlara görə daxildən və xarincdən dəstəyi olmayan II Qareginin vəzifəsindən uzaqlaşdırılması asan olacaq. Prosesin sonunda onun həbs olunma ehtimalı da realdır. Çünki II Qaregin vəzifəsindən çıxarılandan sonra istər-istəməz Paşinyana qarşı olan qüvvələrin mərkəzinə çevrilə bilər. Onları neytrallaşdırmaq üçün II Qareginin həbs olunma ehtimalı yüksək dəyərləndirilir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Ermənistan Paşinyan II Qaregin Kilsə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1022

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see517

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see420

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see327

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see325

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see303

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see229

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see225

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see217

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see214

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see213

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see210

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see205

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see205

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see198

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see191

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see183

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see173

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see173

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri