Icma.az
close
up
RU
Paşinyan çətin vəziyyətdə: Putin təbrik etmir, İran sıxışdırır, Tramp isə...

Paşinyan çətin vəziyyətdə: Putin təbrik etmir, İran sıxışdırır, Tramp isə...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-İran qarşıdurmasının davam etdiyi bir vaxtda Ermənistanda TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsi ətrafında müzakirələr yenidən intensivləşib.
Modern.az xəbər verir ki, erməni siyasi şərhçi Tiqran Dumikyanın "Hraparak" qəzetində dərc olunan təhlilində layihənin Ermənistan-İran münasibətlərinə mənfi təsir göstərə biləcəyi vurğulanır.

Müəllif qeyd edir ki, layihə Ermənistan ərazisində ABŞ-ın müəyyən formatda iştirakını nəzərdə tutur. Rəsmi İrəvan bunun yalnız regional nəqliyyat əlaqələrinin inkişafına və iqtisadi əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini bildirsə də, Tehran bu izahatları inandırıcı hesab etmir.

Təhlildə bildirilir ki, İran rəsmilərinin son dövrlərdə getdikcə sərtləşən bəyanatları Ermənistan diplomatiyasının vəziyyəti lazımi səviyyədə izah edə bilmədiyini göstərir. Müəllif bunu xüsusilə Ermənistanın İrandan iqtisadi asılılığını nəzərə alaraq təhlükəli hesab edir.

Yazıda vurğulanır ki, Ermənistan təbii qaz tələbatının təxminən 20 faizini İrandan təmin edir. İki ölkə arasında illik ticarət dövriyyəsi isə təxminən 800 milyon ABŞ dolları təşkil edir. Bundan başqa, İran Ermənistan üçün Hindistan, Çin, Fars körfəzi ölkələri və Cənub-Şərqi Asiyadan idxal edilən məhsulların əsas tranzit marşrutlarından biridir.

Müəllif hesab edir ki, Ermənistan hələ də Rusiya ilə münasibətlərini normallaşdıra bilməyib. Məqalədə xatırladılır ki, Baş nazir Nikol Paşinyan parlament seçkilərindən sonra Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılacağını bəyan etmişdi. O, bunu Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustinlə şəxsi münasibətləri ilə əsaslandırırdı.

Lakin təhlildə qeyd olunur ki, seçkilərdən sonra nə Putin, nə də Mişustin Paşinyanı təbrik edib, Mişustinlə Yekaterinburqda keçirilən görüş də Ermənistan-Rusiya münasibətlərində nəzərəçarpacaq irəliləyiş yaratmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyul 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri