Icma.az
close
up
RU
Paşinyan ermənilərə “yeni dövlət” təklif etdi

Paşinyan ermənilərə “yeni dövlət” təklif etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərin dünyadakı simasını dəyişdirmək istədiyini bildirib.

Turkustan.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, parlamentdə çıxışı zamanı dünyanın erməniləri qurban xalq kimi gördüklərini deyib.

Paşinyan hökumətin əsas missiyasının “qurban xalq” obrazını dağıtmaq olduğunu bildirib:

“Bizi beynəlxalq aləmdə “qurban xalq” kimi tanıyırlar. Problemlərimizi analiz edərək dalana dirənməməyimiz üçün həll təklif edirəm. Deyirəm ki, biz başqa məntiq seçməliyik. Dövlət məntiqinə üstünlük verməliyik, o dövlət ki, ancaq öz maraqlarından irəli gələrək hərəkət edir. Həmin dövlətin konkret beynəlxalq tanınmış ərazisi, məsuliyyət zonası olsun və o, bu zonanın maraqlarına müvafiq hərəkət etsin”.

seeBaxış sayı:95
embedMənbə:https://www.turkustan.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri