Paşinyan: Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa və Minsk qrupunu ləğv etməyə hazırdır
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Ermənistan eyni zamanda Azərbaycanla sülh sazişi imzalamağa və ATƏT-in Minsk qrupunu ləğv etməyə hazırdır".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
"Biz Azərbaycanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı irəli sürdüyü təklifi başa düşürük. Doğrudan da, əgər biz münaqişə ilə bağlı səhifəni bağlayırıqsa, bu zaman onun həlli ilə məşğul olan format nəyə lazımdır?
Biz sülh sazişinin bağlanmasını və eyni zamanda ATƏT-in Minsk qrupunun buraxılmasını, yəni hər iki sənədin eyni gündə imzalanması təklif edirik", - o qeyd edib.

“Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa hazırdır”
08 Yanvar 2025 12:54
Nikol Paşinyan: Azərbaycanla sülh sazişini imzalamağa hazıram
19 Mart 2025 16:23
Ermənistan ATƏT in Minsk qrupunu ləğv etməyə hazırdır, amma ...
31 Yanvar 2025 15:30
Ermənistan ATƏTin Minsk Qrupunu ləğv etməyə çağırır..?
13 Yanvar 2025 00:46
Ermənistan XİN başçısı: Azərbaycanla sülh sazişini yaxın zamanda imzalamağa hazırıq
12 Mart 2025 17:30

