Paşinyan Ermənistan cəmiyyətini sülhə hazır edə bilməyib
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
"Görünən odur ki, Nikol Paşinyan erməni cəmiyyətini hələ də sülhə hazır edə bilməyib. Əks təqdirdə qonşu ölkədə revanşist qüvvələr yenidən baş qaldırmaz, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə rast gəlinməzdi. Ermənistanda baş verən hadisələr fonunda onu demək mümkündür ki, ya Paşinyan xalqı qarşısında aciz durumdadır, ya da erməni baş nazir blef edir. Əks təqdirdə Ermənistanın xilasına hesablanmış sülh müqaviləsinin imzalanması istiqamətində işləri sürətləndirərdi".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Azərbaycanla iqtisadi əlaqələrin müəyyən sferalarda bərpası istiqamətində atılan addımlar, ərazimizdən keçməklə Rusiya mal və məhsullarının maneəsiz şəkildə Ermənistana çatdırılması Paşinyan hökumətində arxayınlıq yaradıb:
"Ağır iqtisadi vəziyyətdən tədricən çıxan Ermənistan bu səbəbdən ənənəsinə sadiq qalaraq vaxtı uzatmağa, yükun sülh müqaviləsinin imzalanması istiqamətində addımları gecikdirməyə üstünlük verir. Necə ki, 2020-ci ilin noyabrında Moskvada imzalanmış üçtərəfli bəyanata dırnaqarası baxan Ermənistan hakimiyyəti, indi də Vaşinqton bəyannaməsini heçə sayır".
Arzuman Muradlı qeyd edib ki, Paşinyan hökumətinin sərgilədiyi bu mövqe yalnışdır və nə qədər gec deyil bu reallğı anlamalıdırlar:
"Əks təqdirdə Azərbaycan adekvat addımlar ata bilər. Bu isə Ermənistan üçün yaxşı heç nə vəd etməyəcək".
Süleyman
Bu mövzuda digər xəbərlər:Paşinyan: Milli azlıqlar Ermənistan cəmiyyətini zənginləşdirir
04 Oktyabr 2026 13:54
Nikol Paşinyan: Ermənistan Azərbaycanla tam sülhə nail olub
30 Mart 2026 13:32
Ermənistan sülhə hazır deyil
13 Fevral 2025 15:16
Ermənistan KTMTdən kənardadır Paşinyan
04 Dekabr 2024 18:11
Paşinyan: “Qarabağ Ermənistan deyil”
04 Dekabr 2024 16:26
Baxış sayı:111
Bu xəbər 22 Sentyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















