Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq Paşinyan
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan hökuməti Azərbaycanla uzunmüddətli sülhün bərqərar olmasına can atır.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
Paşinyan bundan sonra Ermənistanla Azərbaycan arasında müharibənin olmayacağını dilə gətirib.
"Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq. Mahiyyət etibarı ilə biz elə bu məsələnin uzunmüddətli həlli üzərində işləyirik və bu istiqamətdə fəaliyyəti davam etdirməliyik", - baş nazir deyib.
Xatırladaq ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş konstruktiv atmosferdə keçib. Sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.
Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 16 İyul 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















