Icma.az
close
up
RU
İnstitutda qəribə vəziyyət: Ən lazımlı tibbi cihaz yoxdur?

İnstitutda qəribə vəziyyət: Ən lazımlı tibbi cihaz yoxdur?

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Bakıda fəaliyyət göstərən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibbi avadanlıqların nasaz olması ilə bağlı narazılıq yaranıb.

Moderator.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Paylaşımda institutda sümük sıxlığını ölçmək üçün istifadə olunan densitometriya (osteodensitometriya) cihazının olmadığı və ya cihazın işləmədiyi iddia edilib.

Qeyd olunub ki, hər gün onlarla sümük-oynaq əməliyyatının aparıldığı, yüzlərlə pasiyentin sümük xəstəlikləri ilə bağlı müraciət etdiyi tibb müəssisəsində osteoporoz və osteopeniyanın müəyyənləşdirilməsi üçün nəzərdə tutulan belə bir cihazın olmaması xəstələr üçün ciddi problem yaradır.

Müzakirəyə qoşulan başqa bir həkim isə dövlət xəstəxanalarının tibbi təminatının aşağı səviyyədə olmasını önə çəkərək bildirib ki, həkimlərdən peşəkarlıq və tibbi protokollara uyğun fəaliyyət tələb edildiyi halda, xəstəxanaların zəruri avadanlıqla təmin olunmaması qəbuledilməzdir.

Həkim rentgen müayinəsi üçün növbə gözləyən insanların da ciddi çətinliklərlə üzləşdiklərini bildirib. O, şəxsi təcrübəsini bölüşərək qolundan əməliyyat olunduğu qış mövsümündə rentgen müayinəsindən keçmək və həkim rəyi almaq üçün ərazi poliklinikasına müraciət etdiyini deyib.

Onun sözlərinə görə, poliklinikada növbə gözləyərkən ağrıkəsici iynə vurdurmalı olub və soyuq havada uzun müddət gözlədikdən sonra evə qayıdanda bir gün özünə gələ bilməyib.

Məsələ ilə bağlı Oxu.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu müasir kompüter tomoqrafiyası (KT) və rəqəmsal rentgen avadanlıqları ilə təchiz olunub.

"Bu avadanlıqlar vasitəsilə sümük toxumasının vəziyyətini, struktur xüsusiyyətlərini, sümükdə baş verən dəyişiklikləri və müxtəlif patoloji əlamətləri qiymətləndirmək mümkündür. Müvafiq klinik göstərişlər olduqda KT və rentgen müayinələri sümük toxumasının vəziyyəti barədə mühüm diaqnostik məlumatların əldə edilməsinə şərait yaradır.

Osteoporoz və osteopeniya kimi xəstəliklərin diaqnostikasında müxtəlif instrumental müayinə üsullarından istifadə olunur. Densitometriya sümük mineral sıxlığının kəmiyyət göstəricilərinin müəyyənləşdirilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Bununla belə, travmatologiya və ortopediya sahəsində bu müayinə əsas diaqnostik üsul deyil, zəruri hallarda tətbiq olunan əlavə müayinə vasitələrindən biridir.

İnstitutda travmatoloji və ortopedik xəstəliklərin diaqnostikası və müalicəsi mövcud tibbi-texniki imkanlar, klinik göstərişlər və müasir tibbi yanaşmalar əsasında həyata keçirilir. Hər bir pasiyentin fərdi klinik vəziyyəti nəzərə alınaraq müvafiq müayinə üsulu müəyyən edilir", - deyə məlumatda bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Noyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see301

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see298

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see293

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see278

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see266

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see265

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see252

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see248

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see246

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see246

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see229

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see229

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see228

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see227

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see224

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see217

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see214

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see211

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri