Icma.az
close
up
RU
Menu

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Ərzaqdan yanacağa qədər 2027 ci ildə hansı məhsullar bahalaşacaq? KONKRET

Ərzaqdan yanacağa qədər 2027 ci ildə hansı məhsullar bahalaşacaq? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

2027-ci ildən Azərbaycanda bir sıra ərzaq və gündəlik tələbat məhsullarının qiymətində artım riski gündəmə gəlir. Xüsusilə ət və süd məhsulları, bitki yağları, un məmulatları, meyvə-tərəvəz, dərman preparatları, yanacaq və idxal olunan qeyri-ərzaq məhsullarının qiymətinə təsir edə biləcək bir sıra iqtisadi amillər mövcuddur. İdxal inflyasiyası, istehsal və logistika xərclərinin yüksəlməsi, iqlim dəyişiklikləri və xarici bazarlardakı qiymət dalğalanmaları növbəti ildə istehlak bazarında təzyiqləri artıra bilər.

 Bəs 2027-ci ildə Azərbaycanı hansı məhsul qrupları üzrə bahalaşma gözləyir və qiymət artımlarının əsas səbəbləri nə olacaq?

Mövzu ilə bağlı beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov KONKRET.az-a açıqlamasında bildirib ki, 2027-ci ildə Azərbaycanda qiymət artımları ilə bağlı əsas risklər ərzaq, kənd təsərrüfatı məhsulları, dərman preparatları, yanacaq və idxal olunan gündəlik tələbat malları ilə əlaqəli olacaq.

“Qarşıdakı ildə əhalinin gündəlik xərclərinə təsir göstərəcək əsas amillərdən biri idxal inflyasiyası, digəri isə daxili istehsalın maya dəyərinin yüksəlməsidir.

İlk növbədə ərzaq bazarında qiymət təzyiqlərinin davam etməsi mümkündür. Xüsusilə ət və süd məhsulları, bitki yağları, un və un məmulatları, şəkər, kartof, soğan və digər gündəlik istehlak məhsulları üzrə bahalaşma riskləri mövcuddur. Buna istehsal, yem, gübrə, suvarma, enerji və logistika xərclərindəki dəyişikliklər təsir göstərə bilər. Eyni zamanda, bəzi ərzaq məhsulları üzrə idxaldan asılılıq xarici bazarlardakı qiymət dəyişikliklərinin ölkə daxilində də hiss olunmasına səbəb olur”.

Asif İbrahimov kənd təsərrüfatı məhsullarının qiymətləri ilə bağlı risklərə də diqqət çəkib.

“İqlim dəyişiklikləri, su çatışmazlığı, quraqlıq və məhsuldarlığın aşağı düşməsi bazara çıxarılan məhsulun həcmini azalda bilər. Xüsusilə meyvə-tərəvəz məhsullarında mövsümi qiymət dəyişiklikləri gözlənilir. Fermerlərin istehsal xərclərinin artması isə son nəticədə istehlak qiymətlərinə təsir göstərir”.

Mütəxəssis yanacaq və enerji xərclərinin də digər məhsulların qiymətinə təsir edə biləcəyini vurğulayıb.

“Dünya bazarında neft və neft məhsullarının qiymətindəki dəyişikliklər, beynəlxalq daşınma xərcləri və logistika tarifləri iqtisadiyyatın müxtəlif sahələrində özünü göstərir. Bununla belə, Azərbaycanda benzin və dizelin pərakəndə satış qiymətləri dövlət tərəfindən tənzimləndiyindən dünya bazarındakı dəyişikliklər daxili yanacağın avtomatik bahalaşması demək deyil”.

Dərman bazarındakı vəziyyətə toxunan ekspert bildirib ki, bu sahədə də müəyyən qiymət dəyişiklikləri mümkündür.

“Azərbaycanda dərman vasitələrinin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir. Buna görə bütün preparatların bahalaşacağını söyləmək doğru olmaz. Lakin idxal olunan dərmanların istehsal xərcləri, xammal, logistika və beynəlxalq təchizat qiymətləri ayrı-ayrı preparatların qiymətinə təsir göstərə bilər”.

Asif İbrahimovun sözlərinə görə, idxal olunan qeyri-ərzaq məhsulları da qiymət artımı riskindən kənarda qalmayacaq.

“ Məişət texnikası, elektronika, geyim, ayaqqabı, avtomobil ehtiyat hissələri və tikinti materiallarının qiymətləri beynəlxalq istehsal xərclərindən, daşınma tariflərindən, gömrük rüsumlarından və xarici bazarlardakı inflyasiyadan asılıdır. Manatın məzənnəsi sabit qalsa belə, Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə qiymətlərin yüksəlməsi daxili bazara ötürülə bilər”.

Ekspert 2027-ci il üçün inflyasiya proqnozlarına da münasibət bildirib.

“Dövlət büdcəsi layihəsində orta illik inflyasiyanın 5,3 faiz, Mərkəzi Bankın proqnozunda isə 5,9 faiz səviyyəsində olacağı nəzərdə tutulur. Lakin bu göstəricilər bütün məhsulların eyni səviyyədə bahalaşacağı anlamına gəlmir. Ayrı-ayrı məhsul qruplarında qiymət artımı ümumi inflyasiya göstəricisindən yüksək və ya aşağı ola bilər”.

Mütəxəssisin qənaətinə görə, 2027-ci ildə ən ciddi sosial-iqtisadi məsələlərdən biri ərzaq inflyasiyası olacaq.

“Çünki aşağı və orta gəlirli ailələrin büdcəsində ərzaq xərcləri mühüm yer tutur. Ərzaq, dərman, nəqliyyat və kommunal xidmətlər üzrə xərclərin artması ailələrin digər ehtiyaclarına ayıra bildiyi vəsaiti azalda bilər. Əməkhaqqı və pensiyaların artım tempi gündəlik xərclərin yüksəlməsini kompensasiya etmədiyi halda, əhalinin real alıcılıq qabiliyyəti zəifləyə bilər”.

Asif İbrahimov hesab edir ki, bu risklərin qarşısını almaq üçün daxili ərzaq istehsalı genişləndirilməli, fermerlərin istehsal xərcləri azaldılmalı, suvarma sistemləri və logistika infrastrukturu yaxşılaşdırılmalıdır. Eyni zamanda, bazarda sağlam rəqabətin təmin edilməsi, süni qiymət artımlarına və inhisarçılıq hallarına qarşı effektiv nəzarət mexanizmlərinin tətbiqi vacibdir.

Ekspert vurğulayıb ki, 2027-ci ildə iqtisadi siyasətin əsas meyarı yalnız inflyasiyanın səviyyəsi deyil, vətəndaşın gəlirləri ilə gündəlik xərcləri arasındakı tarazlığın qorunması olmalıdır. Çünki iqtisadi rifah insanların nominal maaşı ilə deyil, həmin gəlirlə nə qədər ərzaq, dərman və digər zəruri məhsullar ala bilməsi ilə ölçülür.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Noyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see286

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see282

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see265

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see261

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see238

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see229

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see225

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see216

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see215

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see214

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see211

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see209

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see207

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see199

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see196

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see191

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see185

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see177

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see173

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri