Arif Mirzəyevin xanımı İlham Əliyevə təşəkkür etdi
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mərhum bəstəkar Arif Mirzəyevin xanımı Tamara Mirzəyeva bəstəkarın nəşinin vətənə gətirilməsi və dəfn mərasiminin təşkili istiqamətində göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Bu barədə "AzPolitika"ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, Tamara Mirzəyeva bəstəkarın son mənzilə yola salınması üçün göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, bu çətin günlərdə ailəsinə dövlət dəstəyinə görə təşəkkürünü ifadə edib.
Xatırladaq ki, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da Almaniyada vəfat edib. Onun nəşinin Almaniyadan Azərbaycana gətirilməsi və dəfn mərasiminin təşkili ilə bağlı zəruri işlər Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı tərəfindən həyata keçirilib. Mərhum noyabrın 15-də Bakıda "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Baxış sayı:94
Bu xəbər 17 Noyabr 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















