Icma.az
close
up
RU
Paşinyan hakimiyyətdən getsə, yeni müharibə başlaya bilər

Paşinyan hakimiyyətdən getsə, yeni müharibə başlaya bilər

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

8 avqust Vaşinqton zirvə toplantısından sonra Azərbaycanla Ermənistan arasında sülh istiqamətində xeyli irəliləyişlər əldə olunub. Azərbaycanın yaratdığı yeni reallıqlar erməni Baş nazir Nikol Paşinyanın mövcud vəziyyətlə barışmasına səbəb olub. Nikol Paşinyan buna məcbur qalsa da, əsas məsələ onun bunu başa düşməsidir. Paşinyanın müxalifləri isə hələ də separatçılıq, revanşizm meyillərini tərk etməyiblər. Bu baxımdan 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərində kimin qalib gəlməsi proseslərə ciddi təsir göstərəcək. 

Paşinyan seçilməyəcəyi təqdirdə nə olacaq?

Modern.az-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib ki, Ermənistanda gələn ilin iyununda keçiriləcək parlament seçkiləri çox böyük əhəmiyyət kəsb edir:

“Seçkilər yalnız Ermənistanda yox, Azərbaycanda da yaxından izlənilir. Ona görə ki, Cənubi Qafqazda yeni proseslər baş verməkdədir. Seçkilərin aqibəti birbaşa olaraq Cənubi Qafqazdakı proseslərə təsir edəcək. Məhz bu, bir sıra amillərlə bağlıdır. Gürcüstanda Mixail Saakaşvilini 2011-ci ildə ABŞ və Rusiya bilərəkdən hakimiyyətdən göndərdi. Nikol Paşinyanla bağlı hansı razılaşmaların olduğunu deyə bilmərik. Düşünürəm ki, ABŞ Paşinyanın yanında olacaq. Amma bu və ya digər şəkildə müəyyən danışıqlar da ola bilər".

Politoloq vurğulayıb ki, Ermənistanda hakimiyyət dəyişərsə, yeni müharibədən də danışmaq olar:

"Məlum olduğu kimi, Vaşinqton zirvə toplantısında paraflanmış sülh mətnindən sonra yeni mərhələ başlayıb. Bu gün ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı da qərar qəbul olundu. Bizi narahat edən keçmiş məsələlər, ən əsası erməni məsələsi yoxdur. Amma təbii ki, kimlərsə erməni məsələsini yenidən gündəmə gətirmək istəyəcək, kimlərsə bu məsələ ətrafında təsir rıçaqlarını göstərmiş olacaq. Bu və ya digər şəkildə Ermənistanda parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, bəzi ölkələr tərəfindən onsuz da Cənubi Qafqazda Azərbaycana bir qədər təzyiq elementlərini artıracağını proqnoz edə bilərik. Hər halda, Azərbaycanla Ermənistan arasında yeni səhifənin açılması olduqca vacibdir. Bu, Cənubi Qafqaz üçün yeni prespektivlər vəd edən tarixi proseslərdir. Ermənistanda hakimiyyət dəyişərsə, nəinki sülh, yeni müharibədən də danışa bilərik ki, bu da məsələləri koordinal şəkildə dəyişə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Dekabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see700

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see435

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see261

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see231

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see224

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see209

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see209

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see207

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see206

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see197

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see194

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see194

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see192

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see187

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see187

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see184

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see180

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see179

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri