Icma.az
close
up
RU
Paşinyan getsə nə dəyişəcək? ŞƏRH

Paşinyan getsə nə dəyişəcək? ŞƏRH

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Ermənistanda 2026-cı il parlament seçkiləri ölkənin siyasi gələcəyi baxımından həlledici mərhələ kimi qiymətləndirilir. Baş nazir Nikol Paşinyan üçün bu seçkilər həm daxili legitimlik, həm də ictimai etimadın yenidən ölçülməsi deməkdir. Son illərdə baş verən regional proseslər və təhlükəsizlik dəyişiklikləri seçki mühitinə birbaşa təsir göstərir. Cəmiyyətdə mövcud olan siyasi qütbləşmə və iqtisadi narazılıqlar kampaniyanın əsas istiqamətlərini formalaşdırır. Nəticə isə təkcə Ermənistanın deyil, bütövlükdə Cənubi Qafqazın gələcək siyasi balansı üçün mühüm rol oynaya bilər.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Demokrat.az-a bildirib ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinin nəticələri müşahidələrə görə hazırkı situasiyada qeyri-müəyyən xarakter daşıyır:
"Çünki ictimai rəy sorğularına inansaq, təkbaşına seçkilərdə qalib gələrək yeni hökumət formalaşdırmaq imkanı olan demək olar ki, heç bir siyasi qüvvə yoxdur. Düzdür, Paşinyanın partiyası hələ də liderlik edir, ancaq onun dəstəyi 25 faizdən çox deyil, digərlərinin göstəriciləri isə bundan da aşağıdır. Yəni Nikol Pashinyan rəhbərlik etdiyi hakimiyyət hazırda ictimai rəy sorğularında öndədir. Lakin bu vəziyyət seçki nəticələri sorğulara uyğun gələrsə belə, hökumət formalaşdırmaq üçün yetərli olmaya bilər. Çünki parlamentdə çoxluq əldə etmək üçün 50 faizdən çox səs toplamaq tələb olunur. Bu da Paşinyan hakimiyyəti üçün ciddi problemdir".
O bildirib ki, Ermənistandakı seçkilərdə artıq Rusiyanın təsirinin artdığı müşahidə olunur:
"Rusiyanın dəstəklədiyi bəzi siyasi fiqurların fəallaşdığı, o cümlədən biznesmen Samvel Karapetyanın siyasi proseslərdə daha aktiv rol almağa çalışdığı qeyd edilir. Rusiyanın dəstəyini və Ermənistanda mövcud təsir imkanlarını nəzərə aldıqda, bu qüvvələrin Paşinyan hakimiyyəti üçün ciddi rəqabət yarada biləcəyi ehtimal olunur. Bununla belə, ümumi nəticələr əsasən qərar verməmiş seçici kütləsinin mövqeyindən asılı olacaq və buna görə də vəziyyət hələlik qeyri-müəyyəndir.
Paşinyan hakimiyyəti üçün bu seçkilərin əvvəlkilərə nisbətən daha çətin və daha gərgin siyasi mübarizə şəraitində keçəcəyi gözlənilir. Digər tərəfdən, onun mümkün məğlubiyyəti Cənubi Qafqazdakı geosiyasi proseslərə də birbaşa təsir göstərə bilər. Əgər Rusiyanın təsirinə yaxın qüvvələr hakimiyyətə gələrsə, bu, regiondakı balansı dəyişə bilər".
Politoloq deyib ki, hazırda “TRIPP” kimi təqdim olunan Zəngəzur dəhlizi layihəsi Cənubi Qafqazın gələcək geosiyasi arxitekturasında mühüm rol oynayır. 
"Əgər bu layihə reallaşarsa, regionda yeni inkişaf mərhələsinin başlanması ehtimalı yüksələ bilər. Lakin bu prosesə qarşı olan qüvvələrin, xüsusilə Rusiyanın, layihənin qarşısını almağa çalışa biləcəyi də istisna edilmir. Ümumi olaraq, Nikol Paşinyan hakimiyyətinin qalib gəlməsi Ermənistanın Qərbə yaxınlaşma və Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində irəliləməsinə şərait yarada bilər. Əks halda, Ermənistanın yenidən Rusiya təsir dairəsinə daha çox yaxınlaşması ehtimalı gündəmə gələ bilər və bu da Cənubi Qafqazdakı geosiyasi proseslərə ciddi təsir göstərə bilər".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Aprel 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri