Icma.az
close
up
RU
Paşinyan hansı halda baş nazirliyə namizəd olmayacağını dəqiqləşdirdi

Paşinyan hansı halda baş nazirliyə namizəd olmayacağını dəqiqləşdirdi

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar və ya növbəti seçkilərdə baş nazir postuna namizədliyini irəli sürməyəcəyi barədə əvvəlki bəyanatının Konstitusiya referendumu keçirildikdən sonrakı dövrə aid olduğunu bildirib.

Modern.az xəbər verir ki, Paşinyan noyabrın 26-da hökumətin iclasından sonra keçirdiyi ənənəvi brifinqdə bu məsələyə aydınlıq gətirib.

O bildirib ki, müxalifət onun təklifini qəbul etməsə və ölkədə növbədənkənar parlament seçkiləri keçirilsə, bu halda Konstitusiya referendumundan əvvəl keçiriləcək seçkilərdə baş nazirliyə namizədliyini irəli sürməyəcəyini deməyib.

“Yəni, əgər müxalifət indi mənim təklifimi qəbul etməsə və biz növbədənkənar seçkilərə getsək, mən deməmişəm ki, Konstitusiya referendumundan əvvəl növbədənkənar seçkilər keçiriləcəyi təqdirdə baş nazir postuna namizədliyimi irəli sürməyəcəyəm”, – deyə hökumət başçısı bildirib.

Paşinyan müxalifət nümayəndələrinin onun sözlərinə inanmadıqları barədə açıqlamalarına da münasibət bildirib.

“Onlar deyirlər: "Biz sizin sonradan baş nazirliyə namizədliyinizi irəli sürməyəcəyinizə inanmırıq". Mən isə cavab verirəm: "Əla! Lakin inqilabın səbəbi məhz bu idi. Serj Sarkisyan namizədliyini irəli sürməyəcəyini bəyan etmişdi, amma sonradan yenə də namizəd oldu".

Əgər mən də eyni addımı atsam, bu, öz əllərimlə inqilabi vəziyyətin yaradılması yoluna qədəm qoyduğum anlamına gələcək. Belə olan halda, faktiki olaraq, hakimiyyəti müxalifətə gümüş məcməyidə təqdim etmiş olacağam. Onlar bu fürsətdən istifadə etməlidirlər. Bu, müxalifətə hədiyyədir”, – deyə Paşinyan əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2026 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri