Icma.az
close
up
RU
Paşinyan: Hökumət Azərbaycanla ərazi mübadiləsi məsələsində vətəndaşların fikrini bilməlidir

Paşinyan: Hökumət Azərbaycanla ərazi mübadiləsi məsələsində vətəndaşların fikrini bilməlidir

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan və Azərbaycan arasında yerləşən anklavlarla bağlı hələlik heç bir qərar qəbul edilməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə parlamentdə jurnalistlərə açıqlama verən Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Ermənistanın heç bir nümayəndəsi, istər baş nazir, istərsə də başqa bir şəxs, ölkənin suveren ərazisindən imtina edə bilməz… yəni Ermənistanın ərazi bütövlüyünün bərpası gündəmdən çıxarıla bilməz,” – deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, bu məsələlərin həlli delimitasiya çərçivəsində baş verməlidir. Bu proses zamanı hər iki ölkənin ərazi bütövlüyünün sərhədləri Alma-Ata Bəyannaməsi əsasında yenidən təsdiqlənməlidir. Paşinyanın sözlərinə görə, bundan sonra mümkün bütün variantlar və kombinasiyalar müzakirə oluna bilər.

“Hazırda çoxları müzakirə edir ki, "Artsvaşen" məsələsində başqa ssenarilərə üstünlük vermək daha məqsədəuyğundur və s. Amma bu, Ermənistan xalqının iradəsi olmadan mümkün deyil. Əgər söhbət ərazilərin mübadiləsindən gedirsə, bunu xalqın iştirakı olmadan etmək olmaz – bu, hüquqşünasların da mövqeyidir. Hətta birbaşa referendum keçirilməsə belə,” – deyə Paşinyan qeyd edib.

Baş nazirin sözlərinə görə, hazırda heç bir ssenari razılaşdırılmayıb. O, xatırladıb ki, delimitasiya prosesi zamanı tərəflər sovet dövründə mövcud olmuş anklavlarla bağlı hüquqi əsaslarını təqdim etməlidirlər. “Bu əsaslarla bağlı hələlik heç bir müzakirə və ya araşdırma aparılmayıb,” – deyə Paşinyan əlavə edib.

Ermənistanın baş naziri Nikol Paşinyan 8 noyabrda öz “Telegram” kanalında bildirib ki, Azərbaycanla sərhədlərin delimitasiyası zamanı Ermənistan hazırda Bakının nəzarətində olan suveren ərazilərini geri almalıdır. O, daha əvvəl də vurğulamışdı ki, "Artsvaşen"in taleyi həll edilmədikcə anklavlar məsələsi gündəmdən çıxarıla bilməz.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Noyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri