Icma.az
close
up
RU
Paşinyan: Hökumət bağ evində donuruq

Paşinyan: Hökumət bağ evində donuruq

- +

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında hökumətə məxsus bağ evlərinin zəif qızdırılmasından şikayətlənib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, Ermənistan hökumətinin iclasında danışıb.

“Hökumət üzvlərinin iqamətgahı qışda heç vaxt isinmir. Orada yaşayanlar az qala İcevandan odun sobası göndərməyi xahiş edirlər”, – deyə, Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, söhbət onun donmasından deyil, dövlət büdcəsindən istilik üçün qazın alınmasına xərclənən pullardan gedir. “Yaxşı, bir dəfə donduq, iki, üç, dörd – altıncıda “qızdırıcını yandıraq” – deyəcəyik, qaz yanır, bizi qızdırmır, Lakin bunun üçün kimdən pul çıxır – dövlət büdcəsindən!”, – deyə, Ermənistan baş naziri qeyd edib.

seeBaxış sayı:91
embedMənbə:https://tribunainfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri