Icma.az
close
up
RU
Paşinyan hökumətinin qalib gəlməsi Azərbaycanın maraqlarına xidmət edir ŞƏRH

Paşinyan hökumətinin qalib gəlməsi Azərbaycanın maraqlarına xidmət edir ŞƏRH

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanda yaxınlaşan parlament seçkiləri təkcə bu ölkənin gələcəyini yox, bütövlükdə Cənubi Qafqazın siyasi mənzərəsini müəyyən edə bilər. Son aylarda isə Kremlin regionda yenidən təsir dairəsini bərpa etməyə çalışdığı müşahidə olunur.

Ermənistanda seçkilər Cənubi Qafqazda vəziyyəti necə dəyişəcək?

Redaktor.az-a danışan politoloq Natiq Miri bildirdi ki, Cənubi Qafqazda sülhün bərqərar olması regionun gələcəyini müəyyənləşdirəcək:

"İndiki vəziyyətdə söhbət əsasən Azərbaycan-Ermənistan arasındakı münasibətlərdən gedir və bu yöndə müsbət əlamətlər özünü göstərir. 8 avqustda ABŞ-nin paytaxtı Vaşinqtonda sülh sənədi paraflanıb, eyni zamanda sülh prosesinin tərkib hissəsi olan bütün nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı da razılıq əldə olunub. Paralel olaraq, iki dövlət arasında münasibətlərdə və qarşılıqlı etimad məsələsində də artıq irəliləyiş hiss olunur. Düşünürəm ki, bu proses davamlı olacaq. Təbii ki, burada ən böyük məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür, çünki Azərbaycanla sülh məsələsi həm də 2026-cı il parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi güc mərkəzinin gələcək siyasi taleyini müəyyən edəcək.

Çünki Nikol Paşinyan məğlub bir dövlət başçısıdır və buna rəğmən 2021-ci il növbədənkənar parlament seçkilərində xalq hökuməti qurmaq mandatını Nikol Paşinyana ölkəyə sülh gətirəcəyi üçün verdi. Nikol Paşinyan bu vədi yerinə yetirdiyi təqdirdə xalqdan yeni mandat almaq şansı artacaq. Eyni zamanda regionda sülhün bərqərar olması, sülh mühitinin varlığı nəqliyyat kommunikasiyalarının açılması deməkdir ki, artıq bu yöndə də konkret, praktik olaraq addım atılıb.

Azərbaycan Prezidenti Qazaxıstan səfərində açıq şəkildə bəyan etdi ki, bu günə qədər mövcud olan əngəllər, yəni blokada artıq aradan qaldırılıb və ilk olaraq Qazaxıstandan Ermənistana daşınacaq buğda məhz açılmış kommunikasiya vasitəsilə Ermənistana gətiriləcək. Bu, çox ciddi bir addım idi və Ermənistan hökumətində də müsbət anlamda qarşılığı oldu. Təşəkkür hissi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi".

Onun sözlərinə görə, Ermənistanda Nikol Paşinyanın alternativi olan siyasi qüvvələr - revanşist qüvvələr və Rusiyanın dəstəklədiyi dairələr ictimai rəyə yön verməyə çalışırlar ki, guya Azərbaycan yekun sülh müqaviləsini imzalamaq istəmir və bunun üçün müxtəlif bəhanələr irəli sürür:

"Bu da Azərbaycana imkan verir ki, hər dəfə yeni şərtlər irəli sürsün və bu şərtlərin yerinə yetirildiyi təqdirdə yekun sülh sənədini imzalasın. Bu gün Azərbaycan-Ermənistan sərhədində atəş açılmır, erməni analarının övladları ölmür. Düşünürəm ki, bu, 2026-cı il parlament seçkiləri öncəsində böyük üstünlükdür, böyük bir nəticədir. Bu, qətiyyən diqqətdən, ictimai rəyin nəzərindən yayına bilməz. Buna görə də sülhün bərqərar olması Nikol Paşinyanın 2026-cı il parlament seçkilərində qalib gəlməsinin əsaslarından biridir.

Bunu Nikol Paşinyan da başa düşür. Nikol Paşinyan hökumətinin qalib gəlməsi həm regionun, həm də Azərbaycan dövlətinin maraqlarına xidmət edir. Çünki bu gün Nikol Paşinyan Ermənistan siyasi müstəvisində vəziyyətə adekvat qiymət verən, prosesləri doğru-dürüst anlayan və Ermənistanın bu günə qədər başına bəla olan yalançı xülyaları, mifləri darmadağın edən bəlkə də yeganə siyasətçidir. O, Azərbaycanla sülh şəraitinin olmazsa-olmaz olduğunu anlayan yeganə siyasətçidir. Eyni zamanda Ermənistanın gələcəyinin məhz Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən, dostluqdan və qonşuluqdan keçdiyini anlayan yeganə siyasətçidir.

O, həmçinin "erməni soyqırımı"nı mifik bir xülya və süni ideya kimi təqdim etməklə, əslində, Ermənistana ən böyük zərərin məhz bu soyqırım ideyasından gəldiyini iddia edən yeganə siyasətçidir. Əlbəttə, real Ermənistan qayəsi kontekstində bu, Ermənistanın gələcəyini müəyyən edəcək. Bu da Ermənistana həm hakimiyyət, həm də ərazi baxımından legitimlik qazandıracaq ki, bu legitimlik də ölkəyə təbii təhlükəsizlik vəd edir".

Natiq Miri vurğuladı ki, sülh, əməkdaşlıq, ticarət, qonşuluq siyasəti kontekstində təkcə Ermənistan-Azərbaycan deyil, bütövlükdə Cənubi Qafqaz üçün sülh, inkişaf və təhlükəsizlik, yeni təhlükəsizlik arxitekturası formalaşdırılır:

"Bu, çox əhəmiyyətli bir məsələdir. Çünki regionda status-kvo dəyişdiyi üçün buna bütün imkan qapıları açılıb. Hər üç Cənubi Qafqaz ölkəsi yeni təhlükəsizlik arxitekturası kontekstində birləşə və tədricən vahid sistem şəklində fəaliyyət göstərə bilsələr, bu, regiona xarici müdaxilələrin qarşısını alacaq ki, bu da indiyə qədər mövcud olmayan ciddi bir nailiyyət olacaq. Dünənə kimi bunu Azərbaycan Prezidenti bir təşəbbüs kimi irəli sürürdü, artıq bu, Ermənistan Baş naziri Nikol Paşinyan səviyyəsində də dilə gətirilir və müdafiə olunur. Bu da Cənubi Qafqazın gələcəyinə müsbət perspektiv vəd edir.

Ona görə də 2026-cı il parlament seçkilərinin - yəni Ermənistandakı seçkilərin nəticələrinin çox önəmli olduğu, sülh üçün həlledici əhəmiyyət daşıdığı reallığı var. Azərbaycan dövlət başçısının Ermənistanın tranzit ölkəyə çevrilməsi istiqamətində imkan qapılarını açması da məhz bu məqamları nəzərə alaraq atılmış addımdır. Yəni bunlar uzağa gedən bir siyasətdir və perspektivdə müsbət nəticələr verəcək. Bu, Ermənistan cəmiyyətinə Azərbaycan tərəfindən verilən ciddi bir mesajdır ki, əgər xalq həqiqətən sülh, əməkdaşlıq, normal qonşuluq və rifah istəyirsə, bu, qonşu ölkələrlə normal münasibətlərdən keçir. Xalq da səslərini məhz bu qayəyə xidmət edən siyasi qüvvələrə verməlidir. Belə bir qüvvə isə Ermənistanda məhz Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi güc mərkəzidir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Oktyabr 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri