Icma.az
close
up
RU
Paşinyan qalib gəlməsi şərtdir ŞƏRH

Paşinyan qalib gəlməsi şərtdir ŞƏRH

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın KTMT-dən çıxması ilə bağlı qərar növbəti parlament seçkisindən sonra veriləcək


Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) giley-güzar edib. Baş nazir bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təhlükəsizliyini təmin edə bilməyib. Hökumət başçısının sözlərinə görə, əvvəlki dövrlərdə xarici təhlükəsizliyi təmin etmək üçün əsas vasitələr hərbi-siyasi ittifaqlar və ordu hesab olunurdu, amma təcrübə göstərdi ki, bu yanaşma işləməyib:

 "Xüsusilə KTMT məsələsində üç dəfə uğursuzluq olub. KTMT Azərbaycana eyni dərəcədə "qardaş ölkə" kimi yanaşıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Eyni yanaşmanı Ermənistan üçün görmək isə mümkün olmayıb". Baş nazir xatırladıb ki, 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Ermənistan KTMT-yə müraciət edib, amma blok ona qeyri-müəyyən cavab verib. Paşinyanın "hərbi-siyasi ittifaqlar və ordu təhlükəsizliyi təmin etmir" ifadəsi də diqqətçəkəndir. 


Baş nazirin mesajlarını Sherg.az-a  təhlil edən politoloq Elçin Xalidbəyli deyib ki, hərbi-siyasi ittifaqlar təhlükəsizliyin təmin olunmasında olduqca böyük əhəmiyyət daşıyır. Ekspert vurğulayıb ki, buna NATO-nu misal göstərmək olar: 

"NATO üzvü olan dövlətlərin milli təhlükəsizliyinə problem yarandıqda hərbi alyansın dərhal hərəkətə keçmə ehtimalı çox yüksəkdir. Çünki təşkilatın 5-ci maddəsində birbaşa belə bir öhdəlik qoyulub. KTMT-də vəziyyət tamamilə başqadır. Paşinyan sözügedən qurumu tənqid etməkdə haqlıdır. KTMT üzv dövlətlərin deyil, məhz həmin təşkilatın patronajlığına sahib olan Rusiyanın maraqlarına xidmət edir. Rusiya bu qurumdan öz geopolitik maraqları çərçivəsində yararlanır. Üzv ölkələrin maraq və istəkləri Kreml üçün əhəmiyyətli deyil. KTMT əslində boş təşkilatdır və hansısa təhlükəsizlik faktoru rolu yoxdur. Ümumi götürsək, müasir dünyada təhlükəsizlik problemlərinin həlli ilk növbədə güclü ordu və buna paralel olaraq güclü iqtisadiyyatla mümkündür. Eyni zamanda dünyanın bir çox ölkələri ilə iqtisadi-ticari, geostrateji münasibətlərin qurulması da təhlükəsizlik üçün böyük əhəmiyyəti daşıyır". 


Analitik qeyd edib ki, Paşinyanın verdiyi açıqlamalar Ermənistanın yaxın gələcəkdə KTMT-dən çıxması üçün ilkin bəyanatlardır: 

"Yəni mövcud situasiyanın yönəldilməsi cəhdləridir. Paşinyan hakimiyyəti Ermənistanın KTMT-dən çıxmasını ötən ilin sentyabrında nəzərdə tutmuşdu. Baş nazir çox çətin qərarların qəbul olunacağını söyləmişdi. Sonradan elə bir situasiya yarandı ki, İrəvan hökuməti belə bir qərarın verilməsinə cəsarət etmədi. Proses davam etməkdədir. Qərbə inteqrasiya siyasəti çərçivəsində rəsmi İrəvan Rusiyanın patronajlığı altında olan bu hərbi qurumdan çıxmaq barədə düşünür. Böyük ehtimalla, Ermənistanın KTMT-dən çıxması ilə bağlı qərar növbəti parlament seçkisindən sonra veriləcək. Təbii ki, seçkidə Paşinyan qalib gələrsə..".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Sentyabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see416

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see302

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see293

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see287

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see286

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see284

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see283

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see278

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see276

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see269

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see256

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see249

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see248

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see248

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see247

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see246

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see246

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see245

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see244
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri