Paşinyan İran səfirinə cavab verib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
İrəvan İran tərəfində yaranmış narahatlıqları aradan qaldırmaq üçün bütün tədbirləri görəcək.
APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İran səfiri Xəlil Şirqolaminin diplomatik nümayəndəliyin qarşısında keçirilən etiraz aksiyaları ilə bağlı sərt açıqlamasına münasibət bildirərkən deyib.
“İrandan gələn açıqlamalara çox diqqət edirik. Dost və qardaş İran İslam Respublikasının səfirliyinin fəaliyyəti ilə bağlı heç bir problemin yaranmaması üçün bütün lazımi tədbirləri görəcəyik. Qanunun sərhədini aşan şəxslərə qarşı müvafiq tədbirlər görüləcək. Bilirəm ki, artıq bir neçə iş üzrə inzibati icraat başlanıb”, - Paşinyan vurğulayıb.
Qeyd edək ki, səfir Ermənistanın getdikcə İrana qarşı düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrildiyini bəyan edib.
O xatırladıb ki, “ən çətin məqamlarda məhz Tehran həmişə İrəvana yardım əlini uzadıb”.
Xatırladaq ki, yanvarın 10-dan etibarən İrəvanda İran səfirliyi qarşısında keçirilən etiraz aksiyalarına toplaşan şəxslər rejim əleyhinə təhqiramiz şüarlar səsləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 15 Yanvar 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















