Icma.az
close
up
RU
Paşinyan İranın “qırmızı xətti”ni keçdi Seçkiqabağı GƏRGİNLİK

Paşinyan İranın “qırmızı xətti”ni keçdi Seçkiqabağı GƏRGİNLİK

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son həftələrdə Ermənistanda yaşayan az sayda iranlı İrəvandakı İran səfirliyinin qarşısında aksiyalar keçirib.

Turkustan.az Musavat.com-a istinadən bildirir ki, bu barədə İranın “Mehr” xəbər agentliyində yayımlanan məqalədə yazılıb. “Ermənistan hökumətinin İranla münasibətləri gücləndirmək üçün bu əməkdaşlığa mane olan amillərə qarşı ciddi tədbirlər görməsi daha yaxşı olardı; əks halda, İrəvan əsl dostlarından birini incidəcək və onu özündən uzaqlaşdıracaq”, - məqalədə bildirilib.

Günaz.TV-nin bildirdiyinə görə, sözügedən məqalədə İrəvanda keçirilən aksiyada İran rəhbərinin təhqir edildiyi və Tehranın buna laqeyd qalmayacağı barədə xəbərdarlıq edilib. İddia olunub ki, ABŞ-nin İrəvandakı səfirliyinin qarşısında oxşar aksiya keçirilsə idi Ermənistan hakimiyyəti buna ucazə verməzdi.

Yarım rəsmi “Mehr” agentliyi Ermənistanın “ikinci Ukrayna”ya çevriləcəyi ilə təhdid edib: “Ermənistan hökuməti bu əməkdaşlığa mane olan amilləri ciddi şəkildə aradan qaldırmaqla və Ermənistanı daha bir Ukraynaya çevirmək niyyətində olan üçüncü ölkələrin nadinc məsləhətlərinə məhəl qoymamaqla İranla əlaqələri möhkəmləndirməsi daha yaxşı olardı”.

Qeyd edək ki, bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Şirqulami də İrəvandakı səfirlik qarşısın keçirilən etiraz aksiyalarına görə Ermənistan hakimiyyətinə etirazını bildirmişdi. Bundan sonra baş nazir Nikol Paşinyan aranı sakitləşdirməkdən ötrü İrana dostluq mesajları yolladı. Amma görünən budur ki, Ermənistandakı anti-İran aksiyaları rəsmi Tehranı ciddi şəkildə narazı salıb. Son günlər Rusiyadan da Ermənistana qarşı pressinq siyasətinin yürüdüldüyünün şahidiyik. Seçkiqabağı Rusiyadan rəsmi və ya qeyri-rəsmi səviyyələrdə Paşinyan hakimiyyətinə xəbərdarlıqlar edilir. Eyni zamanda, Kreml də bir neçə dəfə Ermənistanın Ukrayna yolu ilə getdiyi, yaxud Qərbin bu ölkədə Moldova variantı hazırladığı barədə açıqlamalar yayılır.

Beləliklə, Paşinyan hakimiyyətini həm uzun illər onun üçün nəfəslik olmuş İran, həm də təsir dairəsində olduğu Rusiya təhdid edir. Bu proseslər seçkiqabağı Ermənistan, Paşinyan hakimiyyəti, üstəlik sülh prosesi üçün nələr vəd edir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, İrəvandakı səfirlik qarşısında aksiya İran - Ermənistan münasibətlərinə mənfi təsir edib: “İrandakı rəsmi dairələr Ermənistanın baş naziri Paşinyandan xeyli narazı qalıblar”.

Narazılığın səbəblərindən bəhs edən analitik vurğulayıb: “İranın mühafizəkar dairələri düşünürlər ki, Paşinyan istəsəydi, polisə təlimat verib, o etirazı dağıda bilərdi. Çünki etirazçılara heç bir güc tətbiq edilmədi. Bu haqda İranın İrəvandakı səfirinin də daha öncə açıqlaması olmuşdu. Paşinyan İranla normal münasibətlər istəyir, amma indiki şərtlər altında həm bu etiraza şərait yaratması, həm Amerika ilə sıx əlaqələri, Tramp yolunun Ermənistana keçməsi İran mühafizəkar dairələrinin artıq Ermənistan hökumətinə də təzyiqinin artmasına səbəb olur”.

E.Şahinoğlu xatırladıb ki, əvvəllər İranın mühafizəkar dairələri bu təzyiqi Azərbaycana qarşı yönəldərdilər, Ermənistanı dəstəkləyirdilər: “İndi Ermənistana da təzyiq etməyə başlayıblar. Amma bunun Paşinyan hökumətinə təsir edəcəyini düşünmürəm. Yəni İran Rusiya deyil ki, Ermənistandakı daxili qüvvələrlə birləşərək, Paşinyanın mövqelərini zəiflədə bilsin. Əlbəttə, Paşinyan yenə də İranla münasibətlərin normal saxlanılmasını istəyir. Əgər İran mühafizəkarlarından ona qarşı təzyiq artarsa, bu, Paşinyan hökuməti üçün seçkiqabağı böyük təhlükə yaratmayacaq”.

Kremlin Ermənistana və ümumilikdə Qafqaz respublikalarına qarşı pressinq siyasətinə gəldikdə, politoloq qeyd edib ki, Rusiyanın Cənubi Qafqaza təhdidləri əvvəlki kimi davam edir: “Azərbaycana qarşı informasiya müharibəsi aparırlar. Elə son olaraq Türkiyə Cumhurbaşqamı, Azərbaycan rəsmiləri haqqında yenidən dezinformasiyalar yayıblar. Bu şəbəkə Rusiyada yerləşir, Kremldən idarə olunur və Rusiyanın saytları bu işdə fəaldır. Üstəgəl, artıq Ermənistana qarşı da hibrid müharibəsini genişləndirirlər. Misal üçün, Ararat Mirzəyan Avropa Şurası Parlament Assambleyasının dünənki çıxışında açıq dedi ki, seçkiöncəsi Ermənistana qarşı hibrid müharibəsi genişlənəcək. Ermənistana qarşı hibrid müharibəsi yalnız bir ölkədən idarə olunacaq – Rusiyadan. Başqa ölkələr Ermənistana qarşı niyə hibrid müharibə aparsın ki? İran Paşinyan hökumətini bəyənməsə də, rəsmi Tehranın belə imkanları yoxdur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Yanvar 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri