Icma.az
close
up
RU
Macarıstanda seçkiqabağı siyasi gərginlik artır

Macarıstanda seçkiqabağı siyasi gərginlik artır

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Macarıstanda Baş nazir Viktor Orban ilə müxalif “Tisa” partiyasının lideri Peter Madyar arasında seçkiqabağı ictimai əhvali-ruhiyyəyə nəzarət uğrunda siyasi mübarizə kəskinləşir.

AZƏRTAC xəbər verir ki, analitiklərin qeyd etdiklərinə görə, ötən ilin sonu və yeni ilin əvvəli həm klassik seçki kampaniyasının başlanğıcı, həm də artıq bir neçə aydır davam edən fasiləsiz qarşıdurmanın növbəti mərhələsi kimi səciyyələnir. Dekabrın son günlərində və yanvarın ilk günlərində əsas siyasi oyunçular, demək olar, sinxron şəkildə müsahibələr, çıxışlar və mətbuat konfransları ilə gündəmə gəliblər.

Viktor Orban ilin yekunlarına həsr olunmuş müsahibə verərək beynəlxalq mətbuat konfransı keçirib. Peter Madyar isə buna Yeni il müraciəti və açıq ictimai tədbirlə cavab verib. Beləliklə, hər iki siyasətçi medianın diqqət mərkəzində qalmaq üçün təşəbbüsü bir gün belə əldən verməməyə çalışır. Ekspertlərin fikrincə, tərəflər arasında gündəmi nəzarətdə saxlamaq uğrunda məqsədyönlü və şüurlu “tayminq müharibəsi” gedir.

Analitiklərin qənaətinə görə, Orban FİDES – Macarıstan Vətəndaş Birliyi ilə “Tisa” hərəkatını qarşı-qarşıya qoymaqla seçkiqabağı ritorikanı daha da sərtləşdirir. Peter Madyar isə özünü alternativ Baş nazir kimi təqdim etməyə çalışsa da, tez-tez mediaya ünvanladığı emosional və kəskin açıqlamalarla diqqət çəkir.

Hər bir halda qarşıdan gələn aprel seçkiləri ərəfəsində növbəti üç ay Macarıstan ictimaiyyəti üçün olduqca gərgin və dinamik keçəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Yanvar 2026 00:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see460

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see335

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see316

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see313

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see311

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see287

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see284

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see283

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see277

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see272

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see270

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see265

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see261

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see254

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see252

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see250

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see250

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see246

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see225

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri