Avropa İttifaqında gərginlik: Orban “qırmızı xətti” keçdi
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa Şurasının sədri Antonio Kosta Macarıstanın baş naziri Viktor Orbanla bağlı sərt açıqlama verib. O bildirib ki, Brüsseldə keçirilən sammit zamanı Orbanın davranışı “qırmızı xətti” keçib və Avropa İttifaqının əməkdaşlıq prinsiplərini pozub.
Globalinfo.az xəbər verir ki, Kosta Macarıstan baş nazirinin mövqeyini qəbuledilməz adlandırıb.
O vurğulayıb ki, indiyədək heç bir lider bu həddə çatmayıb. Diplomatlar isə qeyd edir ki, Orbanın addımlarına görə narazılıq Aİ daxilində görünməmiş səviyyəyə yüksəlib.
Gərginliyə səbəb Budapeştin Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq kredit paketini bloklaması olub. Macarıstan və Slovakiya bu qərarı Kiyevdən “Drujba” neft kəməri ilə bağlı problemi həll etməyi tələb kimi irəli sürmələri ilə əsaslandırır. Sözügedən kəmər yanvar ayında Rusiya hücumları nəticəsində zədələnib.
Baş verənlər fonunda Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilməsi planlaşdırılan mətbuat konfransı da ləğv olunub. Qeyd edək ki, bu hadisə Aİ daxilində Ukraynaya dəstək və enerji təhlükəsizliyi məsələləri ətrafında fikir ayrılıqlarının daha da dərinləşdiyini göstərir.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:221
Bu xəbər 19 Mart 2026 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















