Paşinyan Karapetyanı hədələdi: “Məhkəmədə Çin göbələyi yeyəcəksən”
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın Baş naziri Nikol Pashinyan “Güclü Ermənistan” Partiyasının lideri Edgar Karapetyan tərəfindən səsləndirilən iddialara sərt reaksiya verib.
Modern.az xəbər verir ki, Paşinyan Karapetyandan hakim “Vətəndaş sazişi” partiyası adından ona guya razılaşma təklif edən şəxsin adını açıqlamağı tələb edib.
Hazırda seçki kampaniyası ilə əlaqədar məzuniyyətdə olan baş nazir bildirib:
“De görək, bunu sənə kim təklif edib – adı, soyadı və harada işlədiyini açıqlayasan. Əgər deməsən… onda iştahanı hazır saxla, çünki məhkəmədə Çindən gətirilmiş göbələklər yeyib hallüsinasiyalar görəcəksən”.
Qeyd edək ki, Karapetyan daha əvvəl hakimiyyət tərəfindən ona müəyyən razılaşma təklif olunduğunu iddia etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 23 May 2026 00:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















