Icma.az
close
up
RU
Paşinyan kilsə, oliqarxiya və müxalifəti eyni vaxtda əzir: Yumşaq güc ünü itirən Rusiya hərbi müdaxilə planı qurur

Paşinyan kilsə, oliqarxiya və müxalifəti eyni vaxtda əzir: Yumşaq güc ünü itirən Rusiya hərbi müdaxilə planı qurur

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Kremlin ssenarisi ilə Ermənistanda çevriliş cəhdləri göstərilərkən, Rusiya hərbi bazasından "sülhməramlı qüvvə" kimi istifadə etməyə cəhd göstərəcəyi istisna deyil... Bu baxımdan, Kremlin nə Ermənistandan, nə də ümumiyyətlə, Cənubi Qafqaz regionundan asanlıqla əl çəkəcəyinə inanmaq sadəlövhlük olardı...

Ermənistan hazırda ölkədaxili savaşdan öncəki son mərhələyə keçid etmiş kimi görünür. Paşinyan hakimiyyəti Rusiyanın nəzarətində olan siyasi rəqiblərini dövlət çevrilişinə cəhd və terrorçuluq ittihamı ilə həbs etməyə başlayıb. Ona görə də, indi Ermənistan hər partlaya biləcək minaların yerləşdirildiyi coğrafi məkana çevrilib. Belə ki, rəsmi İrəvan təhlükəsiz geopolitik manevr məkanına ehtiyac duyur. Ermənistanı öz təsir dairəsində saxlamaqda israrlı olan Rusiya təhdidkar mesajlar verir. Və bu səbəbdən də, Paşinyan hakimiyyəti həm erməni kilsəsinə, həm də Kremldən təlimat alan oliqarxiyaya savaş açmaq məcburiyyətində qalıb.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Ermənistanın daxili siyasi arxitekturası və xarici siyasət kursu radikal şəkildə dəyişməkdədir. Baş nazir Nikol Paşinyanın Qərbə inteqrasiya kursu Rusiyanın Cənubi Qafqazdakı geosiyasi maraqları ilə ziddiyyət təşkil edir. Bu qarşıdurma isə ilk növbədə Paşinyan hakimiyyətinin Kremlə bağlı erməni kilsəsini və oliqarxları hədəfə almasında, eləcə də, Rusiyanın Ermənistanda öz hərbi bazalarını gücləndirməyə başlamasında təzahür edir.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan son açıqlamasında erməni kilsəsinin “anti-xristian, əxlaqsız, antimilli və antidövlət qruplar” tərəfindən zəbt olunduğunu bəyan edib. O, Kilsə rəhbərliyinin — Ktriç Nersisyan, Vazgen Qalstyan və digərlərinin — İsa Məsih və onun təlimi ilə heç bir mənəvi əlaqəsinin olmadığını bildirib. Və bu, erməni keşişlərin dinə aidiyyətinin olmaması anlamına gəlir.

Əslində, baş nazir Nikol Paşinyanın erməni kilsəsinə qarşı bu sərt ritorikası yalnız dini yox, həm də siyasi-ideoloji məzmun daşıyır. Çünki erməni kilsəsi Ermənistanda "milli kimliyi" və dövlətçiliyi təyin edən əsas "fitnə-fəsad yuvası"dır. İndi baş nazir Nikol Paşinyan bu mövqeyi ilə bir tərəfdən Qərbyönümlü sekulyar və modern dövlət modeli qurmaq istəyini, digər tərəfdən isə erməni kilsənin Rusiya tərəfindən manipulyasiya olunduğunu qabartmış olur. Və bütün bunlar Rusiya siyasi dairələrində ciddi narahatlıq doğurur.

Maraqlıdır ki, Kreml Paşinyan hakimiyyətinin erməni kilsəsinə açdığı savaşa reaksiya vermək məcburiyyətində də qalıb. Belə ki, xarici işlər naziri Sergey Lavrov Ermənistanda erməni kilsəsinə qarşı hücumları pisləyən açıqlama ilə çıxış edib. Rəsmi İrəvanın rus nazirə Ermənistanın daxili işlərinə qarışma cavabından sonra bu prosesə ermənipərəst mövqeyi ilə tanınan deputat Konstantin Zatulin də qoşulub.

Ermənipərəst rus deputat Rusiya Pravoslav Kilsəsini Ermənistanda baş verənlərə reaksiya verməyə çağırıb. Onun fikrincə, baş nazir Nikol Paşinyanın erməni kilsəsini antixristian qurum elan etməsi dini avtoriteti gözdən salır. Rusiya xarici işlər naziri Sergey Lavrovun və deputat Konstantin Zatulinin reaksiyası erməni kilsəsinin Kreml üçün Ermənistanda yalnız dini deyil, həm də geosiyasi əhəmiyyət daşıyan "yumşaq güc aləti" olduğunu təsdiqləyir.

Elə Paşinyan hakimiyyəti və müstəqil siyasi dairələr də erməni kilsəsinin məhz Rusiya xüsusi xidmət orqanları ilə bağlılığını, Kreml direktivlərini icra edən ideoloji-siyasi şəbəkəyə çevrildiyini vurğulayırlar. Deməli, erməni kilsəsi əslində, Ermənistanın dövlət suverenliyinə ən ciddi təhdid rolunu oynayır. Və xarici gücün Ermənistanın daxili siyasətinə təsir alətinə çevrilib. Və Kreml bu qurum üzərindən Ermənistanda siyasi-ideoloji parçalanma yaradır, cəmiyyətdə "milli kimlik simvolları"nı manipulyasiya edir.

Digər tərəfdən, Kreml erməni kilsəsi vasitəsilə Ermənistanda geopolitik barikadalar da qurmağa çalışır. Ermənistanın Qərbə inteqrasiya kursunu "dini və milli pozğunluq" kimi təqdim etməyə cəhd göstərir. Dindar və dünyəvi qruplar arasında sosial qarşıdurmanı dərinləşdirilir. Və ən əsası isə erməni kilsəsi Ermənistanda Kremlin istədiyi rejim dəyişiklikləri üçün bir qayda olaraq, alternativ legitimliyi təmin edən alət rolunu da oynayır.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti erməni kilsəsi ilə yanaşı, Kremlin Ermənistandakı digər "yumşaq güc aləti"ni - oliqarxiyanı fa hədəfə alıb. Belə ki, Rusiyanın Ermənistandakı iqtisadi və siyasi "emissarı", milyarder Samvel Karapetyanın həbsi Kremlin çevriliş planlarına sarsıdıcı zərbə hesab olunur. O, keçmiş prezident, hərbi cinayətkar Robert Koçaryan və erməni kilsəsi ilə sıx əlaqədədir, Ermənistan iqtisadiyyatında isə böyük paya sahibdir.

Digər tərəfdən, radikal-revanşist müxalifət düşərgəsi və erməni kilsəsi arasında koordinator funksiyasını da icra edən bu şəxsin həm də Rusiya yönümlü siyasi partiyalara dəstək verməsi, sosial təsir şəbəkəsi yaratması bu onu Kremlin dövlət çevrilişi planının sponsoruna çevirmişdi. Bu baxımdan, Paşinyan hakimiyyəti tərəfindən Samvel Karapetyanın həbsinə prinsipial qərarın verilməsi "Kreml–oliqarxiya–erməni kilsəsi zənciri"ni müvəqqəti də olsa, qıran həlledici strateji addım kimi şərh edilə bilər.

Ona görə də, indi Rusiya Paşinyan hakimiyyətinə qarşı istifadə edə biləcəyi sonuncu aləti aktivləşdirməyə başlayıb. Belə ki, son vaxtlar Kreml Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına yeni canlı qüvvə və texnika göndərir. Bu, Kremlin Paşinyan hökumətinə qarşı hərbi müdaxilə əməliyyatina hazırlıq, rəsmi İrəvana psixoloji təzyiq manevri və yaxud da rejim dəyişikliyinə cəhd zamanı həmin bazadan istifadə planı kimi də qiymətləndirilə bilər.

Bəzi məlumatlara görə, Kreml bu bazaya yeni kontingent, hərbi texnika göndərməklə, şəxsi heyət dəyişiklikləri etməklə, Rusiyanın regionda güc mexanizmlərini yenidən qurmağa çalışır. Düzdür, Rusiyanın Ukraynada üzləşdiyi ağır hərbi durum səbəbilə tammiqyaslı əməliyyat çətin görünür. Ancaq Kremlin lokal xarakterli təzyiqlərlə, regional sabitliyi pozmaq və ya buna "zərurət" yaratmaqla, müdaxilə ssenarisi realdır.

Ona görə də, Rusiyanın bu hərbi hərəkətlilik üzərindən Qərbə və Paşinyan hakimiyyətinə qarşı xəbərdarlıq mesajı vermək niyyətində də ola bilər. Eyni zamanda, Kremlin ssenarisi ilə Ermənistanda çevriliş cəhdləri göstərilərkən, Rusiya hərbi bazasından "sülhməramlı" qüvvə kimi də istifadə etməyə çalışacağı istisna deyil. Və bu baxımdan, Kremlin nə Ermənistandan, nə də ümumiyyətlə, Cənubi Qafqaz regionundan asanlıqla əl çəkəcəyinə inanmaq sadəlövhlük olardı.(musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 İyul 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri