Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Dünyanı zəbt eləyən yumşaq güc

Dünyanı zəbt eləyən yumşaq güc

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Fransua Moriakın “İlan yumağı” romanı haqqında

On doqquzuncu yüzilliyin Hüqo, Dikkens, Dostoyevski, Tolstoy kimi mistik-idealist (həm də ideoloji) yazıçılarının qoyduğu ənənənin iyirminci əsrin böyük qələm adamları arasında elə də çox ardıcılı meydana çıxmadı. Görünür, bunun bir səbəbi də ötən əsrdə nəhəng miqyaslı dağıdıcı müharibələrin, fəlakətli inqilabların, ictimai-siyasi kataklizmlərin humanizmə, optimizmə yer qoymaması, dekadans, tənəzzül ovqatına rəvac verməsi olub. Bununla belə, əsrin qaranlıq dumanı arasından insanlığın üstünə mistik-ruhani ədəbiyyat ulduzlarının da işığı sızıb: Rabindranat Taqor, Moris Meterlink, Migel de Unamuno, Rayner Mariya Rilke, Tomas Mann, Mixail Bulqakov, Andrey Platonov, Boris Pasternak, Antuan de Sent-Ekzüperi, Çingiz Aytmatov, Kendzaburo Oe, Patrik Züskind, Paulo Koelyo, Orxan Pamuk bu ulduzlardan yalnız bir neçəsinin adıdır. Fransua Moriak da dini-mistik düşüncənin parlatdığı belə ulduzlardan biridir.

Moriak 1885-ci ildə Bordo şəhərində kommersant ailəsində dünyaya göz açmışdı. Anası da tacir nəslindən idi. Gələcək yazıçı ailənin sonbeşiyi, üç qardaş bir bacının sevimli balaca qardaşıydı. Fransuanın iki yaşı olanda atası bu dünyadan köçünü sürmüşdü. Bundan sonra qəlbiqırıq, boynuburuq sonbeşiyə doğmalarının diqqəti bir az da artmışdı. Ancaq nə qədər diqqət göstərsələr də, əzizləri onu psixoloji travmalardan, mənəvi zədələrdən qoruya bilməmişdilər. Yəqin elə bu səbəbdən ədəbi aləmə qədəmlərini də erkən atmışdı, oxuduğu liseyin müəllimi, məşhur yazıçı Andre Jidin qaynı Marsel Druen onu yeznəsi qarışıq bir çox böyük ədibin yaradıcılığıyla yaxından tanış eləmişdi.

Üstündən on beş il ötəndən sonra Fransuanın sevimli nənəsi də fani dünyanı atıb getmişdi. Arvadın meyidi soyumamış törəmələrinin şıdırğı miras bölgüsünə girişməsi yeniyetmə yazıçını (Moriak ondan üç-dörd il qabaq, konkret desək, on üç yaşından artıq yazmağa başlamışdı) bərk sarsıtmışdı. Gənc yaşında gördüyü iyrəncliklər var-dövləti, qızılı-pulu onun gözündə Şeytanın silahına, İblisin obrazına çevirmişdi. Gerçəkdən də, Moriakın şeytanı silah-sursat, cəbbəxana, həbsxana, cürbəcür zor alətləri deyil, insanı dimdiyindən maddi dünyaya bağlayan puldur, qızıldır, sərvətdir; onun şər bahadırları tiranlar, cahangirlər, aristokratlar yox, bankirlər, sələmçilər, növbənöv burjuylardır. Yazıçının dini-mənəvi cihadının da hədəfi öldürücü yaraqlar, dağıdıcı ordular, zülümkar saraylar deyil, sarı iblisin sitayişinə duranların yapışqan ehtirası, sürüşkən nəfsi, alışqan tamahıdır. Onun müqəddəs savaşı müharibə, inqilab meydanlarında yox, bazar meydanında cövlan eləyir.

***

Moriak əqidəli xristian, qatı katolik idi. O, insanı Tanrı mərtəbəsinə qaldırmasını xristianlığın başlıca möcüzəsi sayırdı. Ancaq ona kilsə institutunun təmsilçisi kimi baxmaq olmaz, əksinə, Moriakın baxışları katolik kilsəsinin doqmatik müddəalarına, rəsmi doktrinasına uyğun gəlmirdi. Bu səbəbdən, fərqli fikrə dözümsüz qısqanc ruhanilər onun yaradıcılığını yamanlayırdılar. Yazıçı özü zarafata salıb deyirdi ki, katolik kilsəsi onu, demək olar, pornoqrafik romançı hesab eləyir. Əlbəttə, əgər yazıçı insanı Tanrı qatına kilsədən icazəsiz ucaldırdısa, ona dərgahın yolunu göstərirdisə, keşişlərin onu öyəcəyinə bel bağlamaq olmazdı. Moriak deyirdi ki, romançı yalnız Allahı dərk elədiyi zaman özünü də tanıyır. Sufilərsə bu həqiqətə tapınırdılar: kim özünü tanısa, Allahı da tanıyar. Gördüyümüz kimi, Moriakın məntiqində bu ilahi mexanizm tərsinə işləyir.

1932-ci ildə işıq üzü görmüş “İlan yumağı” əsəri roman-gündəlik, roman-məktub, roman-tövbə, yaxud da roman-etiraf janrında qələmə alınıb. Əsər iyirmi fəsildən ibarətdir, sonda qəhrəmanın yarımçıq qalmış qeydlərinə birini oğlunun, o birini nəvəsinin yazdığı iki məktub da əlavə olunub - bu məktublar təhkiyəçinin ölümündən sonra baş verənləri oxucuya anlatmaqla yanaşı onun xarakterinə, taleyinə, düşüncələrinə iki fərqli yanaşmanı da əks elətdirir. On bir fəsli əhatələyən birinci bölüm qəhrəmanın arvadına məktubu, müraciəti formasında (yəni lirik poeziya janrında), ikinci bölümsə onun mücərrəd ünvanlı qeydləri şəklində (burada müraciətin ünvanı oxucudur) yazıya alınıb. Hər iki bölüm başdan-başa təhkiyəçinin yaxın-uzaq keçmişlə bağlı xatirələrinin, sərrast psixoloji müşahidələrinin, ətrafındakı mühitin mahiyyətini açan dəqiq təsvirlərinin, nəhayət, illər boyu sinəsində yatıb qalmış etiraflarının qarışığından yoğrulub. Müəllif bu tövbənamədə insan qəlbinin elə dərinliklərinə baş vurur, günahların anatomiyasını elə ustalıqla açıb göstərir ki, bu məharətinə görə onu pərəstiş elədiyi Dostoyevski ilə yanaşı qoymağa tərəddüd eləmirsən.

***

Altmış səkkiz yaşlı keçmiş advokat Kalez adlı qəsəbədəki dəbdəbəli mülkündə yavaş-yavaş, tələsmədən can verir. Ailəsi səbirsizliklə onun axırını gözləyir. Uzun illər vəkil kimi ad çıxardığından Lui təqribən qırx il ərzində böyük sərvət yiyəsi olub, üstəlik, ata-anasının tək övladı kimi valideyninin ölümündən sonra qalan mirası da mənimsəyib. Bütün bunları biz həyatının yekun nitqini söyləyən advokatın öz dilindən eşidirik. Atasını erkən itirən Luini övladından canını belə əsirgəməyən anası tək böyüdüb. Uşaqlıqda qəhrəman həm qapalı, həm də qürurlu, özünə vurğun bir oğlan olduğunu xatırlayır. Başqa yolla diqqət çəkə bilmədiyindən oxuduğu məktəbdə həmişə birinciliyi əlində saxlamağa çalışıb. Anasından başqa heç kimlə normal ünsiyyət qura bilməyib, bir dostu, yarı-yoldaşı olmayıb. Davranışıyla qəsdən xoşa gəlməməyə çalışıb ki, xarakterindəki xoşagəlməzlik, yapışmazlıq təbii bir hal kimi görünməsin, başqa sözlə, daim elə bir davranış sərgiləyib ki, guya başqaları onu xasiyyətindəki, görkəmindəki, təbiətindəki naqisliyə görə yox, əməllərinə görə bəyənmirlər.

İyirmi üç yaşı olanda varlı burjuy ailəsində böyümüş bir qız ona aşiq olur. Bu da ona bağlanır. Oğlan inana bilmir ki, hansısa qızın könlünü ovlaya bilər, ona özünü bəyəndirib qəlbini yerindən oynada bilər. Bu fakt onun özünə güvəncini, inamını artırır. Arvadına müraciətində etiraf eləyir ki, qadın nə vaxtsa onu cəhənnəmdən qurtarıb. Toy ərəfəsində gəlinin valideynləri şərt qoyurlar: Luinin anası gənc ailəylə bir evdə yaşamayacaq. Zavallı qadın buna etiraz eləməyi ağlına da gətirmir, gözünün ağı-qarası, yolunda canını odlara yaxdığı tək övladına xoşbəxtlik arzulayıb kənddəki evlərinə çəkilir, əvvəlkitək başını təsərrüfatla qatır. Fəqət ananın saf diləyinə baxmayaraq sevgi, mənəviyyat adlı ilahi qanun pozulub, cəza mexanizmi artıq işə düşüb - uzun sürməyən xoşbəxtliyin ardınca gənc ailənin bundan sonra az qala əlli il çəkəsi soyuq müharibə erası, böyük sükut dövrü başlanır. Qəhrəman bəxtəvər aşiqdən içində ürək yerinə ilan yumağı gəzdirən qəzəbli qocaya çevrildiyi həyat yolunu addım-addım izləyir, etiraflarında nə özünə, nə arvadına, nə də doğma balalarına acıyır, nəyi varsa tökür kağızın üstünə.

***

Yeni ər-arvad olduqları çağlarda onlar axşam yatağa uzananda pıçıltıyla danışmağı, günün təəssüratlarını, ya da xatirələrini bölüşməyi çox sevərmişlər. Ürək-ürəyə verdikləri belə axşamların birində İza ona subay vaxtı sevişdiyi Rudolf adlı bir oğlandan danışır. Rudolf onu almaq istəyirmiş, ancaq İzanın iki qardaşının vərəmdən öldüyünü eşidəndə ailəsinin təzyiqiylə geri durub. Ondan sonra qızın valideynləri qorxuya düşüblər ki, bu məsələ camaat arasında yayılsa, daha İzanın adını tutan olmayacaq. Qadın səmimi tərzdə dediklərinin ərinə necə təsir göstərdiyini duymadan sözünə ara vermir: deməyəsən Rudolf çox göyçək, yaraşıqlı, qızların dərdindən öldüyü laçın oğlanmış. Xəbəri də yoxdur ki, bu etiraflar ərinin xoşbəxtliyinin üstündən xətt çəkəcək, onun ömrünü biryolluq zəhərləyəcək: demək, o heç sevilməyib, demək, onun ailəsi yalan, fırıldaq üstündə qurulub, bu qızı ona sadəcə sırıyıblar. Arvadı özü də bilmədən onun ayaqları altında cəhənnəm odu qalayır.

Fəqət nifrət tonqalı birdən-birə alovlanmır, Luinin ayağının altında çatılmış ocaq əvvəl-əvvəl korun-korun tüstülənsə də, üstündən keçən hər əsim şər yelinin ardınca bir az da körüklənib közərir, bir az da od alır. Bir hadisədən sonra isə Lui arvadının onu əsla sevmədiyinə tam əmin olur.

Günlərin birində məşhur advokat Vilnav ailəsinin işi üzrə keçirilən məhkəmə iclasında vəkil qismində parlaq nitq söyləyir, bütün qəzetlər ondan yazır, şəkli ön səhifələrə çıxarılır, küçə-bazarda ondan danışılır. Cinayət işinin mahiyyəti bundan ibarətdir ki, ana ərinə qarşı oğlunun törətdiyi qəsdi öz üstünə götürür. Ana bu addımı təkcə oğluna görə yox, həm də sevimli ərinin naminə atır, əri özü ondan xahiş eləyir ki, əziz oğlunun suçunu boynuna götürsün, övladını bada verməsin. Qadının bu sevgisi, fədakarlığı Luinin qəlbini sarsıdır, onun vəkil ilhamını yerindən oynadır, nitqinə qanad verir. Hamı ondan danışmaqdaykən öz evində advokatı parlaq qələbə münasibətiylə təbrik eləyən, təbrik bir yana dursun, ondan nəsə soruşan belə olmur, elə bil onun həyatında heç nə baş verməyib.

Davamı növbəti sayımızda

F.UĞURLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 İyul 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see477

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see377

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see338

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see292

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see289

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see284

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri