Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Paşinyan kilsəni yerində oturtmaq istəyir

Paşinyan kilsəni yerində oturtmaq istəyir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu, cini yenidən şüşə qaba salmağa bənzəyir

Ermənistanda uzun müddətdir davam edən dövlət–kilsə qarşıdurması yeni mərhələyə keçib. Bütün ermənilərin katolikosu II Qaregin məhkəmə qarşısına çıxarılıb. Buna görə prosesə yalnız hüquqi müstəvidən yanaşmaq çətindir. Məsələ artıq Ermənistan dövləti ilə Erməni Apostol Kilsəsi arasında nüfuz və siyasi təsir uğrunda mübarizənin epizodlarından birinə çevrilib.

Formal olaraq II Qaregin dövlət çevrilişi, hakimiyyətə qarşı çıxmaq və ya siyasi fəaliyyətlə məşğul olmaqda ittiham edilmir. İttihamların mərkəzində yepiskop Gevork Saroyanla bağlı məsələ dayanır. Kilsə Saroyanı ruhanilikdən məhrum edib, o isə bu qərardan məhkəməyə şikayət edib. Məhkəmə onun əvvəlki statusunun bərpasını nəzərdə tutan qərar çıxarıb. İstintaqın versiyasına görə, katolikos və digər kilsə rəhbərləri həmin qərarın icrasına mane olublar. Məhkəmə prosesi avqustun 6-da başlasa da, hakim işdən çəkildiyi üçün proses dayandırılıb.

Kağız üzərində məsələ sadə görünür: dövlət məhkəmə qərarlarının hamı üçün məcburi olduğunu deyir, kilsə isə bu yanaşmanı onun daxili və kanonik işlərinə müdaxilə kimi qiymətləndirir. Ermənistan İstintaq Komitəsinin keçmiş sədr müavini, professor Artur Qambaryan isə bu yanaşmada ziddiyyət görür. O yazır: “Bir tərəfdən, bütün ermənilərin katolikosuna soyadı ilə (dünyəvi adı ilə) müraciət edir, guya onu ali patriarx kimi tanımırlar, digər tərəfdən isə məhkəmə aktını icra etmədiyinə görə onu katolikos kimi mühakimə edirlər. Bunun sadəcə siyasi bəyanat və ya siyasi qiymətləndirmə olduğu barədə arqument inandırıcı deyil. Çünki bu qiymətləndirmə, eyni zamanda, hüquqi institutlar olan dövlət orqanlarından gəlir və buna görə də onlar ilk növbədə məntiq və hüquq qaydalarını rəhbər tutmağa borcludurlar”.

Əsl qarşıdurma isə bu hüquqi mübahisənin arxasında dayanan siyasi və institusional nüfuz məsələsindən qaynaqlanır. II Qareginin məhkəmə qarşısına çıxarılması bir gündə yaranan məsələ deyil. Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında münasibətlər 2020-ci il müharibəsindən sonra kəskin şəkildə pisləşib. Kilsə baş nazirin istefasını tələb edən siyasi proseslərdə açıq mövqe tutub. 2024-cü ildə isə din xadimlərinin ön sıralarında olduğu etirazlar Paşinyan hakimiyyətinə ciddi siyasi təzyiq yaradıb. 2025-ci ildə qarşıdurma daha da dərinləşib. Paşinyan II Qareginin istefasını tələb edib, onu subaylıq andını pozmaqda ittiham edib və kilsədə islahatların aparılmasını gündəmə gətirib. Bu baxımdan, hazırkı məhkəmə prosesi bir ildən artıqdır davam edən siyasi mübarizənin növbəti mərhələsidir.

Ümumiyyətlə, məsələyə yalnız “Paşinyan katolikosa qarşıdır” prizmasından yanaşmaq kifayət deyil. Erməni Apostol Kilsəsi bu gün də böyük ictimai və siyasi nüfuza malikdir. Buna görə Eçmiədzinin mövqeyi təkcə dini deyil, həm də siyasi və ictimai əhəmiyyət daşıyır.

Nikol Paşinyan son illər Ermənistanı əvvəlki siyasi sistemdən uzaqlaşdırmağa, dövlət institutlarını yenidən qurmağa və xüsusilə Qarabağ müharibəsindən sonra ölkənin xarici siyasət kursunu dəyişməyə çalışır. Bu kursun vacib nəticələrindən biri Azərbaycanla sülh prosesidir. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Birgə Bəyannamənin imzalanması bu istiqamətdə mühüm mərhələ olub. Sənəddə iki ölkə arasında düşmənçilik səhifəsinin bağlanmasına və regionda sülhün möhkəmləndirilməsinə dair öhdəliklər ifadə edilib.

Lakin Ermənistan daxilində bu kursa münasibət birmənalı deyil. Kilsənin və ona yaxın çevrələrin bir hissəsi Qarabağ, erməni köçkünləri və təhlükəsizlik məsələlərinə fərqli yanaşır. Buna görə Eçmiədzinlə hökumət arasındakı qarşıdurma həm də Ermənistanın müharibədən sonrakı kimliyi, Azərbaycanla sülhün qiyməti və ölkənin gələcək siyasi istiqaməti ətrafında gedən mübarizəyə çevrilir.

Azərbaycan üçün isə əsas məsələ Ermənistan daxilindəki siyasi-dini qarşıdurmanın sülh gündəliyinə təsir etməməsidir. Bakının baxımından Ermənistan daxilində kimin katolikos olması və kilsənin necə idarə olunması Ermənistanın daxili məsələsidir. Azərbaycanın əsas marağı isə başqadır: Ermənistan daxilindəki siyasi mübarizə Azərbaycanla formalaşan sülh gündəliyini pozmamalıdır.

Deməli, Paşinyanın kilsə ilə mübarizəsi onun üçün həm risk, həm də fürsətdir. Fürsətdir, çünki hakimiyyət kilsənin siyasi təsirini zəiflədərək özünün qurmaq istədiyi yeni Ermənistan modelinə mane ola biləcək mühüm institutu zəiflədə bilər. Riskdir, çünki kilsə ilə qarşıdurma cəmiyyəti yenidən parçalaya, müxalifəti bir araya gətirə və Paşinyanın daxili legitimliyinə zərbə vura bilər.

Üstəlik, II Qareginin məhkəməsi artıq müxalifət üçün də əlverişli siyasi mövzuya çevrilib. Məhkəmə qarşısında müxalif deputatların və kilsə tərəfdarlarının toplaşması bunu açıq şəkildə göstərir. Prosesin yerli və xarici mediada getdikcə “Paşinyan–kilsə qarşıdurması” kimi təqdim olunması da diqqətdən yayınmır.

Burada daha bir incə məqam var. Paşinyan 2026-cı ilin iyununda keçirilən parlament seçkisində yenidən qalib gəlib və rəhbərlik etdiyi “Mülki müqavilə” partiyası parlamentdə çoxluğu əldə edib. Yeni parlamentin fəaliyyətə başlaması fonunda kilsə ilə qarşıdurmanın məhkəmə mərhələsinə keçməsi hökumət üçün həm siyasi güc nümayişi, həm də ciddi sınaqdır. Paşinyan II Qareginin siyasi təsirini zəiflədə bilsə, kilsənin müxalifət üzərində təsiri azala, hökumətin dövlət institutları üzərində nəzarəti güclənə bilər. Əks halda isə II Qaregin hökumətə qarşı müqavimətin simvoluna çevriləcək.

Məsələnin beynəlxalq tərəfi də diqqət çəkir. Müxtəlif erməni kilsə strukturlarının prosesə münasibət bildirməsi göstərir ki, Eçmiədzin ətrafındakı qarşıdurma artıq Ermənistanın daxili məsələsi olmaqdan çıxır. Bu isə Paşinyanın kilsə ilə mübarizəni yalnız “dövlət və hüquq məsələsi” kimi təqdim etməsini çətinləşdirir.

Bu qarşıdurmanın Azərbaycan üçün əsas riski isə Ermənistan daxilində siyasi böhranın sülh gündəliyinə təsir etməsidir. Bakı üçün Paşinyanın hakimiyyətdə qalması və ya getməsindən daha vacib məsələ Ermənistanın istənilən hakimiyyət dövründə Azərbaycanla əldə olunmuş sülh gündəliyinə sadiq qalmasıdır. Vaşinqtonda əldə olunan razılaşmalar Cənubi Qafqazda yeni siyasi reallığın formalaşmasına zəmin yaradıb və bu prosesin daxili siyasi qarşıdurmalar səbəbindən pozulmaması əsas məsələdir.

Bu mənada, II Qareginin məhkəməsi təkcə hüquqi və dini məsələ deyil, Ermənistanın müharibədən sonrakı siyasi kimliyi uğrunda mübarizənin bir hissəsidir. Paşinyan kilsənin siyasi təsirini azaltmağa və sülhü yeni Ermənistanın əsas dayaqlarından birinə çevirməyə çalışır. Kilsə və tərəfdarları isə bunu milli kimlik, tarixi yaddaş və dövlətçilik anlayışı baxımından risk kimi qiymətləndirirlər.

Məhkəmədə hüquqi maddələr müzakirə olunsa da, siyasət səhnəsində əsas sual daha böyükdür: Ermənistanın gələcəyini kim müəyyənləşdirəcək – dövlət, kilsə, yoxsa seçici? Azərbaycan üçün isə cavab daha sadədir: Ermənistan daxilində kimin siyasi üstünlük qazanmasından asılı olmayaraq, bu mübarizə regionu yenidən müharibə ritorikasına qaytarmamalıdır. Çünki Cənubi Qafqazın hazırkı ən qiymətli siyasi resursu müharibə deyil, sülhdür.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Avqust 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri