Paşinyan Mişustinlə GÖRÜŞDÜ Gündəm GİZLİ SAXLANILIR!
Icma.az bildirir, News24 saytına əsaslanaraq.
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada işgüzar səfərdədir.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, 2 gün davam edəcək səfər çərçivəsində o, təbiətin mühafizəsinə və ətraf mühitin qorunmasına həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.
Ermənistan mediasının yazdığına görə, Paşinyanı həyat yoldaşı Anna Akopyan və qızı müşayiət edir.
Paşinyanın həyat yoldaşı sosial şəbəkədə fotolar paylaşıb.
“Rusiya Federasiyasının Altay Respublikasına işgüzar səfəri çərçivəsində baş naziri müşayiət edirik”, – deyə o, paylaşımında qeyd edib.
Rusiya mediasının məlumatına görə, Rusiya Federasiyasının baş naziri Mixail Mişustin artıq Nikol Paşinyanla Qorno-Altaysk şəhərində görüş keçirib. Məhz burada 24-26 iyul tarixlərində beynəlxalq ekoloji konfrans keçiriləcək. Hökumət başçılarının görüşündə hər iki ölkənin nümayəndə heyətləri iştirak edib. Görüşün detalları barədə məlumat verilməyib.
Baxış sayı:63
Bu xəbər 24 İyul 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















