Icma.az
close
up
RU
Paşinyan Moskvanın son dayağını çökdürür

Paşinyan Moskvanın son dayağını çökdürür

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanda hökumət ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurma yeni mərhələyə qədəm qoyub. Uzun illər ölkənin ideoloji, siyasi və hətta təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsi olan kilsə ilk dəfə bu miqyasda hakimiyyətin hədəfinə çevrilib. Baş nazir Nikol Paşinyan artıq açıq şəkildə kilsənin mövcud rəhbərliyini dəyişmək, onun cəmiyyət və siyasət üzərindəki təsirini minimuma endirmək niyyətini gizlətmir.
Bu proses sadəcə dini islahat görüntüsü altında aparılan dəyişiklik deyil. Söhbət Ermənistanda köhnə elita-kilsə-Rusiya üçbucağının dağıdılmasından gedir.

Kilsənin siyasi məğlubiyyətinin əsas səbəbi
Paşinyanın əsas uğuru kilsəni cəmiyyətdən təcrid etməsindədir. Uzun illər erməni cəmiyyətində “toxunulmaz institut” statusuna malik olan Erməni Apostol Kilsəsi bu qarşıdurmada nə xalqdan, nə də siyasi partiyalardan yetərli dəstək ala bildi. Müxalifət kilsənin arxasında dayanmaq istəsə də, bu dəstək kütləvi xarakter almadı.
Bu fakt Paşinyanın iddiasını gücləndirdi: “Bu parçalanma indi baş verməyib. Ermənistan xalqı artıq Kilsədən uzaqlaşıb və Kilsəni xalqdan təcrid etməyə çalışanlar var”.
Əslində, bu cümlə Paşinyanın bütün strategiyasının açarıdır. O, kilsəni xalqdan ayırmaqla legitimlik böhranına saldı, ardınca isə bu böhrandan “islahat” adı ilə istifadə etməyə başladı.

Kilsə daxilində parçalanma: əsas dönüş nöqtəsi
Ən kritik mərhələ isə kilsənin öz daxilində parçalanmanın başlamasıdır.  Paşinyanın dediyi kimi, “Erməni Apostol Kilsəsinin Yenilənməsi Şurası”nın yaradılması bu baxımdan simvolik deyil, strateji addımdır. Artıq kilsə daxilində Paşinyanı dəstəkləyən yepiskoplar və ruhanilər meydana çıxır.
Baş nazirin İsveçrə Yeparxiyasının müavini Qusan Vardapet Alçanyanın bu prosesə qoşulmasını xüsusi vurğulaması təsadüfi deyil. Bu, Eçmiədzin mərkəzli mövcud kilsə rəhbərliyinə açıq mesajdır: alternativ ruhani mərkəz formalaşdırılır.

II Qareginin taleyi: Serj Sarkisyan ssenarisi
Paşinyan artıq açıq bəyan edir ki, Bütün Ermənilərin Katolikosu II Qaregin getməli olacaq:
“Serj Sarkisyanın getmək niyyəti yox idi, amma getdi. Eyni şey Ktriç Nersisyana da aiddir . O da getməyə məcbur olacaq”.
Bu bəyanat göstərir ki, Paşinyan kilsə rəhbərliyini sadəcə tənqid etmir, onun legitimliyini tam sıradan çıxarmağa çalışır. Burada məqsəd şəxslər deyil, institutun özüdür.
Paşinyanın ikili identikliyi: siyasi risk və üstünlük
“Mən həm Erməni Apostol Kilsəsinin davamçısıyam, həm də Ermənistanın Baş naziriyəm” , - Paşinyanın bu fikri onun strategiyasının mahiyyətini açır. O, dini qarşıdurmanı dövlət–kilsə savaşı kimi yox, “daxili kilsə təmizlənməsi” kimi təqdim edir.
Bu yanaşma ona iki üstünlük verir: 1.Konstitusiyaya ziddlik ittihamlarından yayınmaq. 2.Dindar elektoratı tam itirməmək
Lakin risk də böyükdür. Çünki kilsə ilə açıq qarşıdurma Paşinyan üçün geri dönüşü olmayan yoldur. Geri çəkilmək onun siyasi sonu deməkdir.
Rusiya faktoru: səssiz, amma narahat
Bu prosesdən ən çox narahat olan xarici güc Rusiyadır. Moskva uzun illər Erməni Apostol Kilsəsini Ermənistana təsir aləti kimi istifadə edib. Kilsənin və kilsə ilə bağlı müxalifətin zəifləməsi Rusiyanın Ermənistandakı əsas dayaqlarının sıradan çıxması deməkdir.
Rusiyada yaşayan ermənilərin dualar, şam mərasimləri ilə II Qareginə dəstək nümayiş etdirməsi də təsadüfi deyil. Bu, Kremlin dolayı etiraz formasıdır.
Moskvanın Ermənistan planı çökür: kilsə kartı əldən çıxır
Kreml üçün təhlükə İrəvanda yox, Eçmiədzindədir. Çünki Rusiyanın Ermənistandakı əsas dayaqları illər boyu üç sütuna söykənib: köhnə siyasi elita, erməni kilsəsi və təhlükəsizlik asılılığı. Paşinyan bu sütunların ikisini artıq sıradan çıxarıb. Serj Sarkisyan və Köçəryan dövrünün siyasi sistemi dağıdılıb, indi isə növbə kilsəyə çatıb.
Kreml üçün təhlükə Paşinyanın qərbyönlü ritorikasında deyil, onun kilsəni neytrallaşdırmaqla Rusiyanın cəmiyyətə təsir imkanlarını məhdudlaşdırmasındadır. Məhz buna görə Moskvadan açıq siyasi reaksiya gəlməsə də, Rusiya erməniləri üzərindən təşkil olunan etirazlar Kremlin narahatlığının dolayı ifadəsidir.
Bunu görən Paşinyan da ona əsas təhlükə mənbəyi olan Rusiyanın təsir dairəsini  bu yolla daraldır. Necə deyərlər, Ermənistan “müqəddəs bağlardan” azad edilir
Paşinyan prosesi ustalıqla “dövlət–kilsə qarşıdurması” kimi yox, kilsədaxili yenilənmə kimi təqdim edir. Bu isə Kremlin manevr imkanlarını xeyli məhdudlaşdırır. Çünki Rusiya açıq şəkildə “dini islahatlara qarşı çıxan tərəf” obrazında görünmək istəmir.
Əslində isə məsələ sadədir: Kilsə zəiflədikcə Rusiyanın ideoloji təsiri azalır, kilsə parçalandıqca Moskvanın təzyiq aləti dağılır. kilsə legitimliyini itirdikcə Ermənistan Qərbə daha açıq olur
Bu baxımdan Paşinyanın kilsə ilə savaşı geosiyasi xətt dəyişiminin daxili alətidir.
Bu yolda geri dönüş yoxdur. Paşinyan ya qalib gələcək, ya da siyasi səhnədən silinəcək
Paşinyan anlayır ki, kilsəni zərərsizləşdirmədən Ermənistanın siyasi sistemini tam nəzarətə götürmək mümkün deyil. Onu da bilir ki, bu mübarizədən geri çəkilmək onun siyasi məhvi deməkdir. Kilsə ilə kompromis onun zəifliyini göstərər və həm daxili müxalifət, həm də Moskva üçün yeni imkanlar açar. Məhz buna görə o, II Qareginin taleyini Serj Sarkisyan ssenarisi ilə müqayisə edir. Bu səbəbdən proses bütün risklərə baxmayaraq davam edəcək. Ermənistan isə tarixində ilk dəfə kilsəsiz siyasi sistemə doğru sürətlə irəliləyir.
Bu qarşıdurma artıq dini deyil, hakimiyyət və geosiyasi seçim savaşıdır. Ermənistanda kilsənin zəifləməsi Moskvanın Cənubi Qafqazda təsirinin azalmasının simvoludur.
Bu, təkcə dini islahat deyil,  həm də Ermənistanın post-sovet kimliyinin sökülməsidir.
 Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Yanvar 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri