Icma.az
close
up
RU
Paşinyan niyə kepkadan şlyapaya keçdi? “Heç saqqal da onu xilas edə bilməz”

Paşinyan niyə kepkadan şlyapaya keçdi? “Heç saqqal da onu xilas edə bilməz”

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“Konkret Paşinyanla bağlı deyil, ümumiyyətlə, insanların tez-tez imicini dəyişməsi onların yeniliyi sevməsi kimi başa düşülür. Bu, bir növ, insanların zahiri görünüşlərindən narazılığını ifadə edir. Onlar yenilik edərək, özləri üçün yeni format da yaradırlar”.

Bu sözləri “Yeni Sabah”a həkim-psixiatr Azad İsazadə deyib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanın son 5 ildə bir neçə dəfə həm zahiri görkəmində, həm də geyim tərzində imic dəyişikliyinin səbəblərini izah edib.

2018-ci ildə "məxməri inqilab"la hakimiyyətə gəldiyi vaxtdan saqqallı siması ilə şüurlara oturmuş obrazını Baş nazir sonralar təraş edilmiş üzü ilə əvəzləyib. Bundan başqa, əvvəllər soyuq aylarda başına kepka qoyan Paşinyan son günlərdə şlyapa taxır.

“Həmin insanların emosiyaları da qeyri-sabit olur, - deyə Azad İsazadə mövzuya izahının davamında bildirib. - Onlar üçün görünüş daha vacibdir, nəinki düşüncələr.

Bəzən saqqalın emosiyaların gizlədilməsi üçün saxlanıldığını deyənlər də var. Lakin bu fikr doğru deyil. Mimikasını idarə edə bilən insanın saqqala ehtiyacı yoxdur. Yox, əgər emossional insandırsa, onda heç saqqal da onu xilas edə bilməz".

A. İsazadə əlavə edib: "Əsas mimik reaksiyalar təkcə üz əzələləri ilə bağlı deyil. Bu daha çox gözlərdən və baxışlardan asılıdır.

Mimikanı gizlətmək üçün daha çox istifadə olunan şeylərdən biri tünd eynəklərdir. Bu, daha effektiv üsul sayılır. Çünki bu zaman baxışların nə dediyini tutmaq daha çətin olur.

Saqqal mimikaya təsir etmir, lakin adamı daha müdrik göstərir. Eyni zamanda, bir növ, kişi obrazı sayılır. Hətta saqqaldan saqqala da fərq var. Həddindən artıq, yəni gur saqqala çox qulluq edən, kənarlarını təmizləyən şəxslər, adətən, özlərinə və görünüşlərinə diqqət göstərən olurlar”.

Həkim-psixiatr qeyd edib ki, Nikol Paşinyan da tərzində yenilik etməyi sevir:

“Onun son günlərdə kepkadan yox, şlyapadan çox istifadə etməsi sadəcə məişət məsələsidir. Mənim də başımda tük azdır və kepkadan istifadə edirəm. Məni də ilk növbədə, imic yox, istilik maraqlandırır. İstilikdən sonra yaraşıb-yaraşmadığına diqqət yetirirəm. Yəni imic ikinci planda qalır. Yəqin ki, Paşinyan da tərzində yenilik etməyi və bu tərzi sevir.  Eyni zamanda, canının da qayğısına qalır”.

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Dekabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri