Icma.az
close
up
RU
Paşinyan niyə “Putin NATO”sunu yenə boykot etdi?

Paşinyan niyə “Putin NATO”sunu yenə boykot etdi?

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Lavrovun İrəvanda ermənilərə xəbərdarlığı işə yaramadı; Kreml “B” planına keçə bilərmi?

Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirləri bir araya gəlib. Qırğızıstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüş zamanı 2026-2030-cu illəri əhatə edən yeni hərbi əməkdaşlıq planı təsdiqlənib.

“Yeni Müsavat”ın məlumatına görə, bəyanatda bildirilib ki, iclas çərçivəsində təşkilatın kollektiv qüvvələrinin fəaliyyəti də gündəmdə olub. Qeyd olunub ki, KTMT qüvvələri müasir dövrün hərbi təhdid və çağırışlarına qarşı birlikdə cavab verməyə hazırdır. Qırğızıstanın müdafiə naziri Ruslan Mukambetov deyib: “Bu görüş bir daha göstərdi ki, KTMT ölkələri olaraq kollektiv təhlükəsizliyin möhkəmləndirilməsi və hərbi əməkdaşlığın inkişafı məsələlərində ortaq baxışa sahibik. İdarəetmə sistemlərinin təkmilləşdirilməsi və birgə hazırlıq məsələlərində də səylərimizi davam etdirəcəyik”.

İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın müdafiə nazirləri, həmçinin KTMT-nin baş katibi, Katiblik və Birləşmiş Qərargahın nümayəndələri iştirak ediblər. Ermənistan növbəti dəfə “Putin NATO”sunu boykot edib, tədbirə İrəvandan gedən olmayıb. Nikol Paşinyan bir neçə dəfə deyib ki, Ermənistan KTMT-dən çıxmağı planlaşdırmır və düşünmür, lakin “müxtəlif səbəblərdən bu tədbirlərdə iştirak etməmək qərarına gəlib”. Paşinyan təəssüf edir ki, “KTMT de-yure məcburi öhdəliklərinə baxmayaraq, Ermənistanın təhlükəsizliyinə çağırışlara lazımi cavab verməyib”.

Qeyd edək ki, ötən həftə Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov regional təhlükəsizliklə bağlı bir sıra önəmli açıqlamalar verib. Lavrov vurğulayıb ki, Rusiya Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması üçün hərtərəfli dəstək göstərməyə hazırdır. Onun sözlərinə görə, Moskva üçün Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlıq hələ də əsas prioritetlərdən biridir. Lavrovun məlum cümləsi o demək idi ki, Rusiyanın xaricində heç bir ölkə, o cümlədən baş nazir Nikol Paşinyanın ümid bəslədiyi Fransa Ermənistanın təhlükəsizliyinə təminat vermək iqtidarında deyil. Amma KTMT-də fəal boykotun davam etməsi o deməkdir ki, Paşinyan Sergey Lavrovun təhlükəsizliklə bağlı açıqlamasını ciddi qəbul etməyib, Moskvanın vədlərinə inanmayıb.

Ekspertlərin baş verənlərlə bağlı təxminləri, yanaşmaları necədir? Xüsusən də Lavrovun xəbərdarlıqlarından sonra Ermənistanın şıltaqlığının davam etməsi bu ölkəni hara aparır?

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov “Yeni Müsavat”a açıqlamasında İrəvanla KTMT arasında soyuqluğu əks etdirən bir sıra məqamlara diqqət çəkdi: “KTMT 2026-2030-cu illər üçün hərbi əməkdaşlıq planını təsdiqlədi. Bu boykot Ermənistanın təhlükəsizlik siyasətində dəyişikliklərə işarə edir və regional dinamikada ciddi suallar doğurur. Ermənistanın KTMT ilə münasibətləri 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra gərginləşdi. Paşinyan təşkilatın Ermənistanın təhlükəsizlik çağırışlarına cavab vermədiyini iddia edir. Xüsusilə 2022-ci ildə Azərbaycanla sərhəd toqquşmaları zamanı KTMT-nin susqunluğu İrəvanda narazılıq yaratdı. Bu, Ermənistanın Rusiyaya və KTMT-yə "inamını" sarsıtdı. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son səfəri zamanı verdiyi açıqlamalar isə Moskvanın Ermənistanın suverenliyinə dəstək vədini təkrarladı. Lavrov heç bir ölkənin, o cümlədən, Fransanın Ermənistanın təhlükəsizliyinə Rusiya qədər təminat verə bilməyəcəyini vurğuladı. Lakin Paşinyanın KTMT-ni boykot etməsi bu vədlərə şübhə ilə yanaşıldığını göstərir. Ermənistanın təhlükəsizlik siyasətində Qərbə “meyl etməsi” açıq-aşkar görünür. Fransa ilə hərbi əməkdaşlığın gücləndirilməsi, ABŞ ilə birgə təlimlər və NATO-ya yaxınlaşma cəhdləri bu strategiyanın təzahürləridir". T.İsmayılovun qənaətinə görə, bu siyasət Ermənistanı Rusiyadan uzaqlaşdırır və Ermənistanın kövrək siyasi situasiyasını riskə atır: “Rusiya Ermənistanın Cənubi Qafqazdakı yeganə hərbi müttəfiqi olaraq Gümrüdəki hərbi bazası ilə İrəvana təhlükəsizlik çətiri təmin edir. KTMT-dən uzaqlaşma bu bazanın gələcəyini sual altına alır və Ermənistanı hərbi cəhətdən daha həssas vəziyyətə gətirir. Ermənistanın iqtisadi vəziyyəti də bu gedişatda mühüm rol oynayır. 2024-cü ildə ölkə ciddi iqtisadi çöküşlə üzləşdi. Ermənistan Mərkəzi Bankının məlumatlarına görə, ÜDM artımı 2023-cü ildəki 8.7%-dən 2024-cü ildə 3.2%-ə düşüb. İxracat həcmi 14% azalaraq 4.8 milyard dollara enib, idxal isə 7.2 milyard dollarla ölkənin ticarət balansını mənfi istiqamətdə saxlayır. İrəvanda işsizlik səviyyəsi 18%-ə yüksəlib, inflyasiya isə 6.5% təşkil edir. Enerji qiymətlərinin artması və Rusiyadan idxal olunan qazın qiymətindəki yüksəliş xərcləri daha da ağırlaşdırıb. Bu iqtisadi problemlər Paşinyan hökumətinin daxili sabitliyini sarsıdır və xarici siyasətdə riskli manevrlərə səbəb olur. Paşinyanın Qərbə yarınma cəhdi Avropa İttifaqı və ABŞ-dan maliyyə dəstəyi cəlb etmək məqsədi daşıyır. Lakin bu, Rusiyanın regional təsirini zəiflətmək cəhdlərinə qarşı sərt reaksiyaya səbəb ola bilər”.

Siyasi şərhçi hesab edir ki, Lavrovun xəbərdarlıqları Moskvanın Ermənistanın Qərbə inteqrasiyasını öz təhlükəsizlik maraqlarına təhdid kimi gördüyünü göstərir: “Rusiya Ermənistanın KTMT-dən tamamilə çıxması halında iqtisadi və hərbi təzyiqləri artıra bilər. Məsələn, enerji təchizatında güzəştlərin ləğvi və ya Gümrü bazasının fəaliyyətinin məhdudlaşdırılması kimi addımlar atıla bilər. Azərbaycanın 2020-ci ildə ərazi bütövlüyünü bərpa etməsi Ermənistan üçün yeganə qurtuluşun sülhdən keçdiyini bir daha göstərir. Fransa və ya ABŞ-ın regionda hərbi təminat vermək imkanı məhduddur, Ermənistan isə bunu anlamaq istəmir. Gedişat Ermənistanı strateji dilemmaya aparır: Rusiyaya bağlı qalmaq və ya Qərbə inteqrasiya adı altında maliyyə axtarışları. Birinci seçim iqtisadi asılılığı artırır, ikinci seçim isə Rusiyanın təzyiqlərinə səbəb olur. Paşinyanın Lavrovun vədlərinə şübhə ilə yanaşması Ermənistanın daxili və xarici siyasətində qeyri-müəyyənliyi dərinləşdirir. İqtisadi çöküş və siyasi qeyri-sabitlik fonunda Ermənistanın təhlükəsizlik siyasəti avantürist xarakter alır. Bu, regionda gərginliyi artıra bilər, xüsusən də Azərbaycanla sülh prosesinin ləngiməsi halında. Ermənistanın KTMT-dən uzaqlaşması uzunmüddətli perspektivdə ölkəni çıxılmaz hala salır. Paşinyan hökuməti daxili iqtisadi böhranı həll etmədən və xarici siyasətdə sabit strategiya formalaşdırmadan bu riskli manevrləri davam etdirsə, Ermənistanın geosiyasi mövqeyi daha da zəifləyəcək. Lavrovun xəbərdarlıqları Moskvanın regionda təsirini qorumaq üçün sərt addımlar atmağa hazır olduğunu göstərir. Ermənistan isə bu gedişatda özünü nə Rusiyanın, nə də Qərbin tam dəstəyinə malik olmayan bir vəziyyətdə tapa bilər”.

Bu məqamda xatırladaq ki, bu ilin yanvarında Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilirdi ki, Ermənistan 2025-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün dondurulmasını dayandırmayacaq. Hesabatda bildirilir ki, KTMT-nin Cənubi Qafqaz problemlərinə reaksiya verməkdə “yararsızlığı” və “həyatqabiliyyətsizliyi” 2025-ci ildə çətin ki, dəyişsin. Ona görə də Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması üçün əsasların aradan qalxması ehtimalının az olduğu vurğulanırdı. Çox güman ki, Lavrovun İrəvan səfəri zamanı Azərbaycan ərazilərinin işğalında Rusiyaya məxsus silahlardan istifadə faktını xatırlatması və dolayı yolla ermənilərə xəbərdarlıqları da işə yaramayıb. Gözləyək, görək Rusiya “B” planına əl atacaqmı?..

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 May 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri