Paşinyan Putinə: Vəziyyət dəyişib, sülh bərqərar olub
Icma.az bildirir, Modern.az portalına istinadən.
İlk növbədə, Rusiya ilə münasibətlərimizin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsində maraqlı olduğumuzu bir daha təsdiqləmək istərdim. Bununla belə, etiraf etməliyik ki, son bir neçə il ərzində regionumuzda, xüsusilə də Ermənistan ətrafında vəziyyət dəyişib.
Modern.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
"Biz hesab edirik ki, vəziyyətə bu yeni prizmadan yanaşmaq zəruridir. Çünki münaqişənin davam etdiyi dövrdə Rusiya ilə Ermənistan arasındakı münasibətlərin xarakteri fərqli idi. İndi isə regionda sülh bərqərar olub və biz hesab edirik ki, vəziyyətə yenidən nəzər salmağın vaxtı çatıb. İnanıram ki, bu, əlaqələrimizin inkişafına təkan verəcək. Biz münasibətlərimizi dərinləşdirməyə və inkişaf etdirməyə sadiqik və bu, böyük əhəmiyyət kəsb edir", - deyə qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 01 Sentyabr 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















