Icma.az
close
up
RU
Paşinyan Putinlə nəyi müzakirə edəcək? ŞƏRH

Paşinyan Putinlə nəyi müzakirə edəcək? ŞƏRH

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ermənistanın Baş naziri Nikol Paşinyan "beynəlxalq atom həftəsi" konfransında iştirak məqsədilə Moskvaya gedib. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra tərəfdaşlarının sayı azalıb”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Kreml bu görüntünü ortadan qaldırmaq üçün Rusiyada müxtəlif beynəlxalq tədbirlər keçirməyə çalışır:

“"Beynəlxalq atom həftəsi" konfransı da bu məqsədə xidmət edir. Rusiya Prezidenti Vladimir Putin tədbirə Nikol Paşinyanı da dəvət edib. Ermənistanın Baş naziri bu tədbirə qatılmaqla iki ölkə arasında münasibətlərin normal olduğunu göstərməyə çalışacaq.

Çünki onun rəqibləri Paşinyanı Ermənistanın ənənəvi müttəfiqi Rusiyadan üz döndərərək Qərblə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməkdə ittiham edirlər. Nikol Paşinyan iyun ayında verdiyi açıqlamada Ermənistanın Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatını tərk edə biləcəyini söyləmişdi.

Bu açıqlama Rusiyanın siyasi dairələrində narahatlıq yaratmışdı. Paşinyanın Avropa İttifaqına üzvlüklə bağlı açıqlamaları da Kremli narahat etməyə bilməzdi. Rusiya rəsmiləri Paşinyanı seçim qarşısında qoydular: 

“Ya Avrasiya İqtisadi Birliyi, ya da Avropa İttifaqı””.

Politoloq bidirib ki, daha sonra Paşinyan Avropa İttifaqı üzvlüyü fikrini korrektə etdi və ölkəsinin əvvəlkitək Avrasiya İqtisadi Birliyində üzvlüyün davam etdirəcəyini söylədi”.

“Fikrimcə, Paşinyan Ermənistanda parlament seçkilərinə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etmək mövzusunu donduracaq. Əks halda Kreml Ermənistanı qarışdırmaq planını hərəkətə gətirəcək. Ona görə də Paşinyan parlament seçkilərinə qədər Kremli qıcıqlandırmamağa çalışacaq. Onun Moskvada konfransa qatılması və Vladimir Putinin növbəti dəfə əlini sıxması da buna dəlalət edəcək”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri