Icma.az
close
up
RU
“Paşinyan qalib gəlsə, ancaq konstitusiya çoxluğu əldə edə bilməsə, onda...”

“Paşinyan qalib gəlsə, ancaq konstitusiya çoxluğu əldə edə bilməsə, onda...”

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...”

“Bəllidir ki, Ermənistandakı bu seçkilər əsasən hökumətin formalaşdırılması məqsədi daşıyır, yəni “hakimiyyətdə kim qalacaq” sualı önəmlidir. Azərbaycanın isə qonşu ölkədəki seçkilərlər bağlı bir əsas marağı var: sülh prosesinin davam etməsi... Bilirik ki, sülh prosesinin davamı üçün Ermənistan Konstitusiyasına dəyişikliklər edilməli və referendum keçirilməlidir. Əgər konstitusiya dəyişməzsə, sülh sazişi qüvvəyə minməyəcək və nəticədə Azərbaycan və Ermənistan arasındakı sülh prosesi, demək olar ki, dayanacaq. Bu baxımdan əsas məqam ondan ibarətdir ki, Paşinyan seçkilərdə qalib gəlsə də, parlamentdə konstitusiya çoxluğu əldə edə biləcək, yoxsa yox.  Çünki konstitusiya çoxluğu ona referendum elan etməyə və Konstitusiyanı dəyişdirməyə imkan verəcək.”

Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülfüqarov səsləndirib.

“Yəni sülh prosesinə qarşı çıxan qüvvələrin əsas məqsədi məhz odur ki, Paşinyan konstitusiya çoxluğu əldə edə bilməsin və  Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum baş tutmasın. Hazırda əsas oyunlar bunun ətrafında gedir. Amma biz anlamalıyıq ki, Paşinyanın da öz maraqları var. Və təbii ki, öz mövqeyini gücləndirmək və lazım olan addımları atmamaq üçün o, ictimai təzyiq və müxalifət amilindən istifadə edir. O, hay-küy qaldırır ki, “Ay haray, qoymayın, məni devirəcəklər. Məni sıxmayın, mənim mövqeyimi zəiflətməyin, mənə Zəngəzur mövzusunda təzyiq etməyin,  delimitasiya, demarkasiya  mən istədiyim şəkildə olsun” və s. Lakin bəziləri Paşinyanın davranışlarını qiymətləndirərkən bu amili nəzərə almırlar”, -deyə davamında siyasi şərhçi bildirib. 

“Paşinyan həmişə olduğu kimi millətçi və sadəcə olaraq reallığı daha yaxşı başa düşən bir siyasətçidir. Amma Azərbaycanın da öz maraqları var.  Ölkənin əsas hissəsi ilə Naxçıvan arasında əlaqələr bərpa edilməli və onların təhlükəsizliyi təmin olunmalıdır. Həmçinin bu, eksteritorial bir bağlantı olmalıdır. Biz bu məsələləri siyasi gündəmdən çıxarmamalıyıq. Və Paşinyanı həddindən artıq ideallaşdırmadan məsələyə daha realist yanaşmaq lazımdır”, - keçmiş xarici işlər naziri vurğulayıb.

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 İyun 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri