Icma.az
close
up
RU
Paşinyan Qarabağ erməniləri ilə Qərbi azərbaycanlıları bir tərəziyə qoyur

Paşinyan Qarabağ erməniləri ilə Qərbi azərbaycanlıları bir tərəziyə qoyur

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan əzəldən bəri qonşularından yarımayıb. Təsadüfi deyil ki, dörd tərəfdən öz torpaqları ilə əhatə olunmuş yeganə ölkə hesab edilirik. Təbii sərvətləri və coğrafi mövqeyi ilə daim diqqət mərkəzində olan Azərbaycan, günümüzdə istər diplomatik, istərsə də hərbi gücünün çiçəklənən dövrünü yaşayır. Məhz buna görə nəinki qonşu dövlətlər, bütün region bizimlə hesablaşmalı olur. 

Belə bir dövrdə Şimal qonşumuz Rusiya ilə əlaqələr AZAL təyyarəsi hadisəsindən sonra minimuma düşdü.

Diplomatik əlaqələr qismən yumşalsa da, rəsmi Bakı suallarına Moskvadan cavab alsa da gərginlik hələ də davam etməkdədir. Lakin onlar daha çox Ukraynada gedən müharibəyə yönəlib. Kreml bu savaşdan maksimum üstünlüklə çıxmaq istəyir. 

Rusiyanın başı qarışmışkən, illərdir bizimlə düşmənçilik edən Ermənistan qismən doğru addımlar atmağa başlayıb. Belə ki, onlar Azərbaycanla ticarət əlaqələrini tam şəkildə açmağa və şərtsiz Sülh Müqaviləsini imzalamağa hazır olduğunu bildiriblər. 

Dünən ləğv olunmuş separatçı rejimin "Qarabağ məsələsi həll olunmayıb" adlı müşavirə keçirməsindən sonra, Baş nazir Nikol Paşinyan buna sərt reaksiya verib: 

"Mən görürəm ki, "Qarabağ məsələsi həll olunmayıb" adlı müşavirə keçiriblər. Ermənistanda hansısa müzakirə gedir, azərbaycanlılar bunu görür və nəticə çıxarırlar. Qarabağ məsələsinin həll olunmadığını açıqlayanlar deyirlər ki, yeni müharibə lazımdır. Biz Qarabağ uğrunda hər yola getmişik. Amma o yolda gözümüz açılıb. Anlamadığımız çox şeyi başa düşdük. Qarabağ məsələsi, Ermənistan və Azərbaycan məsələsi, eləcə də region məsələsi həll olunub". 

Paşinyanın Almaniyada bu sözləri deyib, Moskvaya getməsinin ardından Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları separatçı rejimin İrəvandakı "nümayəndəliyi"nin binasında axtarışlara başlayıb. Silahlı qruplaşmanın keçmiş "dövlət naziri" Artak Beqlaryan isə bildirib ki, rəsmi İrəvan bu məsələni kökündən həll etmək istəyir. Belə ki, Beqlaryanın sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətində separatçıların sonuncu simvolik lideri Samvel Şahramanyandır. Hazırda onun həbs olunması istisna edilmir. 

Fotoda: Qarabağda ləğv edilmiş separatçı rejimin sonucu lideri Samvel Şahramanyan.

Onun həbsinin Bakıda qondarma rejimin siyasi-hərbi liderlərinə qarşı başlanmış istintaq prosesinə tam uyğun olduğu şübhəsizdir. Çünki azadlıqda olan separatçı beyin İrəvanda da ikinci dövlət yaratmağa çalışır ki, bu da hamıdan çox Ermənistanın özünə ziyandır.

Paşinyan Qarabağ ermənilərinə tarixi reallığı başa saldığını da bildirib: "Qarabağlı ermənilərimizə demişəm ki, onların qayıdışı real deyil". 

O, Azərbaycana paralel şəkildə Qarabağ ermənilərinin qayıdışı və azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələlərini bağlamağı təklif edib: "Mən indi Azərbaycana açıq və ictimai bir təklif vermək istəyirəm. Çünki onların bu mövzularda nə qədər problemləri varsa, bizim də problemlərimiz var. Təklif edirəm ki, bu iki mövzunu paralel bağlamaq üçün birgə yol xəritəsi qəbul edək. Mən də qarabağlılarımıza demişəm ki, onların qayıdışı real deyil. Əgər biz qayıdış gündəmini davam etdirsək, bu o deməkdir ki, Qarabağ hərəkatını yenidən başlayırıq. Qarabağ hərəkatı bitdi, onu başlatmaq cəhdləri də faydasızdır.

İndi mən birbaşa təklif edirəm: gəlin oturaq və bu mövzunu gündəmdən necə çıxara biləcəyimizə dair yol xəritəsi hazırlayaq, çünki bu mövzunun çıxarılması uzunmüddətli strateji mənada istənilən münaqişə vəziyyətini tamamilə aradan qaldırmaq deməkdir". 

Ermənistanın baş nazirinin qarabağlı ermənilərin geri qayıtmaları barədə açıqlamasını anlamaq olar. Lakin o unudur ki, Qərbi Azərbaycana qayıdış realdır və ora qayıtmağı gözləyən yüz minlərlə insan var. Və əlbəttə ki, Qarabağı könüllü tərk edən ermənilərlə öz ata-baba yurdlarından qovulan azərbaycanlıların taleyi heç bir şəkildə uzlaşmır. Azərbaycan isə ermənilərin geri qayıtmasına heç bir şəkildə əngəl törətmir...

Qərbi azərbaycanlıların deportasiyası. 1948-1953-cü illər.

Bu arada, Azərbaycan neft məhsullarının Ermənistana nəqli üçün danışıqlar da başlayıb. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilk tranzit üçün gömrük rüsumu almayacağını açıqlasa da, sonradan onun tranzit üçün fantastik rəqəm istədiyi məlum olub. 

Tbilisinin bu addımına Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsxanadan reaksiya verib. O, bunu İvanişvili rejiminin Ermənistan-Azərbaycan nizamlanmasına mane olması kimi qiymətləndirib: "Məsələ burasındadır ki, Azərbaycan neft məhsullarının Ermənistana müntəzəm tədarükü ilə bağlı tarixi qərar qəbul edib ki, bu da hazırda yalnız Gürcüstan dəmir yolları ilə mümkündür. Elə bir tarif qoyulub ki, bundan birdəfəlik imtina etmək daha yaxşı olardı.

İvanişvilinin heç kimin belə tarifi ödəyə bilməyəcəyini bilməməsi mümkün deyil, ona görə də burada məqsəd Ermənistanla Azərbaycan arasında yaxınlaşma siyasətinə mane olmaqdır. Bilmirəm, onlar Trampın diqqətini cəlb etmək istəyirlər, yoxsa sadəcə Moskvanın gündəliyini yerinə yetirirlər. Hamının gözü qarşısında geosiyasi dram oynanılır".

Qonşuya ümid olan şamsız qalar misalı, Azərbaycan da bundan ehtiyat edərək Ermənistanla dəmir yolunu özü bərpa etmək qərarına gəlib. 

"Zəngəzur dəhlizi" çərçivəsində Ermənistan sərhədi boyunca 188 kilometrlik yeni dəmir yolu çəkilir. 06 dekabr, Ordubad.

Ümumiyyətcə, son zamanlar Gürcüstanın Azərbaycanla qonşuluğa və strateji müttəfiqliyə yaraşmayan addımları artıq qəbuledilməz səviyyəyə çatıb. Onlar bundan əlavə, azərbaycanlı sürücülərə sərhədi keçməkdə maneələr yaradırlar. Sürücülər həftələrlə, bəziləri isə sentyabrdan bu yana sərhədi keçə bilmədiklərini deyirlər. 

Bundan əlavə, Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Zaur Darğallının bibisi - Marneuli 4 nömrəli orta məktəbin direktoru Dilara Darğallı vəzifəsindən azad edilib. Həmin ərəfəsə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Gürcüstanda səfərdə idi. Belə bir anda azərbaycanlı məktəb direktorunun vəzifədən azad edilməsi də təsadüf hesab edilə bilməz. 

İranla isə Məsud Pezeşkianın seçilməsinin ardından müsbət irəliləyiş qeydə alınmaqdadır. Belə ki, Tehrandakı səfirliyimizə edilən hücumun günahkarı nəhayət layiqli cəzasını aldı, bundan sonra Təbrizə birbaşa səfərlər açıldı, İran lideri Bakıya və Qarabağa səfər etdi. Hazırda isə qismən durğunluq dövrüdür. 

Videoda: Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian. 4 iyul, Şuşa şəhəri. 

Beləliklə, hazırda Bakı ilə sürətlə müsbətə doğru irəliləməkdə olan münasibətlərə İrəvan rəhbərlik edir ki, bu da post-müharibə dönəmində sıfırdan qurulan diplomatik əlaqələr üçün normal hesab edilməlidir. Lakin bu temp davam edərsə, əlaqələrimizin ən yaxşı səviyyədə olduğu qonşumuz Ermənistan olacaq. 

Ağarza Elçinoğlu


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Dekabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see121

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri