Icma.az
close
up
RU
Paşinyan Qaragini “bitirir” Putinin də razılığı ilə...

Paşinyan Qaragini “bitirir” Putinin də razılığı ilə...

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanda hazırkı hakimiyyət üçün siyasi revanşistlərdən qat-qat təhlükəli sayılan erməni Qriqoryan kilsəsi artıq bitiş dövrünə daxil olur. Hakimiyyətə gəldiyi ilk gündən kilsədəkilərlə kəskin münaqişələr yaşayan, günü bu gün amansız düşmənə çevrilən N.Paşinyan, hazırda önündəki əsas maniəni tamamilə "təmizləməkdə" israrlıdır.
Uzun on illiklərdir ki, erməni kilsəsini öz maraqları üçün "qalxana" çevirmiş Katolikos II Qaragin hazırda erməni siyasəti üçün mərkəzi rol halına gəlib. İndi İrəvandakı revanşistlərin də, xaricdəki erməni diasporunun və faşist “Daşnakstyun” rəhbərlərinin də tək ümidi bu qoca Qaragindir. Robert Köçəryan və Serj Sarkisyan kimi siyasi tullantılardan əlini üzən güc mərkəzləri, qoca Qaragendən ikiəlli yapışıblar. Bu gün N.Paşinyana qarşı müharibə elan edən bu qoca kilsə “dindarı” hazırkı erməni hakimiyyətini devirmək üçün əllərini çırmalayıb işə girişib. Diqqət edin, daima S. Sarkisyan və R. Köçəryan hakimiyyəti ilə mehriban davranan Qaragin, hazırda aktiv siyasətə qoşularaq N.Paşinyan üçün əsl başağrısına çevrilib. II Qaraginin hazırkı hakimiyyəti “sındırmaq” üçün hərəkətə keçməsi o deməkdir ki, Ermənistanda siyasi partlayış çox yaxındadır. Nəzərə alsaq ki, gələn il bu ölkədə parlament seçkiləri keçiriləcək, o zaman İrəvandakı siyasi partlayışlar üçün çox da gözləmək lazım gəlməyəcək.
II Qaraginlə bu mübarizə həm də N.Paşinyan üçün də kritik və olum-qalım mənasına çevrilib. Çünki kilsənin hegemonluğuna birdəfəlik son qoyacağı təqdirdə N.Paşinyanın uzun illər Ermənistanda hakimiyyətdə qalmaq şansı yaranacaq. Bu həm də onun düşmənləri üzərində psixiloji və ictimai qələbəsi demək olacaq. Təkcə bir faktı nəzərdən qaçırmaq olmaz ki, uzun on illiklərdir ki, erməni cəmiyyəti üzərində ideoloji-psixoloji hegemonluğu olan kilsənin bu cür rəzil sonluqla məhv edilməsi N.Paşinyanın erməni düşüncə tərzi üzərindəki təsirini də birə min qat artıracaq. Bütün bu nəticələr isə qarşıdakı seçkilərdə hazırkı hakimiyyət komandasının qələbəsi üçün onurğa sütunu deməkdir.
Amma bunun tam əksi baş verərsə, şəxsən Katolikos II Qaragini məğlub edə bilməyəcəyi təqdirdə N.Paşinyanın hakimiyyəti üçün böyük təhlükə yaranacaq. N.Paşinyanın daha çox Rusiyadan idarə olunduğu deyilən II Qaraginin “qələmini sındırmaq” üçün Moskvadan razılıq alıb-almadğı qarşıdakı müddətdə aydın şəkildə ortaya çıxacaq. Lakin erməni baş nazirin təkcə son iki gün ərzindəki hədələyəci bəyanatları, xüsusilə II Qaraginin bir sıra dəhşətli sirlərini tapıb ortaya çıxarması, onun dini qaydalara görə subay olmalı olduğu halda hansıss qadınla evlilik yaşadığı və övladının olması barədəki faktları erməni cəmiyyətinə ötürməsi o deməkdir ki, N.Paşinyan dini mərkəzdən daha çox agentura ocağına çevrilmiş bu başıbəlalı kilsəni və onun qoca rəhbərini birdəfəlik ictimai həyatdan silməkdə israrlıdır. Erməni baş nazirin son bir ayda dəfələrlə Moskvaya səfər etməsi və çox güman ki, məhz bu məsələyə görə şəxsən Vladimir Putindən “xeyir-dua” alması faktı da onun II Qaragini birdəfəlik “bitirməsi” işində mühüm rol oynayır. Çünki on illiklərdir ki, birbaşa Kremlin daima nəzarətində olan bu mərkəzin N.Paşinyana qurban verilməsi sıradan hadisə sayılmamalıdır. Əgər hər şey N.Paşinyanın istədiyi kimi baş verərsə, o zaman başda S.Sarkisyan və R.Köçəryan olmaqla revanşistlərin tarixi tullantı olmaqdan başqa əlacları qalmayacaq. Təbii ki, əgər bu baş verərsə. Beləliklə, Ermənistan “iki qoçun döyüşünə” şahidlik edəcək. Zaman Ermənistanı hansı tərəfə sürükləyəcək? – bu sualı da elə zamanın özü cavablandıracaq...

Mətləb Salahov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 İyun 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see354

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see191

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see190

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see190

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see190

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see183

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri