Icma.az
close
up
RU
Paşinyan rəsmən boşandı Anna Hakobyan iqamətgahı tərk etdi

Paşinyan rəsmən boşandı Anna Hakobyan iqamətgahı tərk etdi

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Ermənistanın Baş naziri Nikol Pashinyan ilə uzun illər birlikdə yaşayan jurnalist Anna Hakobyan sosial şəbəkədə canlı yayım şəklində açıqlama verərək onların “vətəndaş nikahı”nın başa çatdığını bildirib və rəsmi iqamətgahı tərk etdiyini açıqlayıb. Bu barədə Ermənistan KİV ləri və xarici media bu gün məlumat yayıb.

Bakupost.az xəbər veri ki, Hakobyan paylaşımında yazdığına görə, bu qərar onların şəxsi münasibətləri ilə bağlıdır və ictimai müzakirələrə açıq deyil:
“Mən bütün dostlarımı, tanışlarımı, yaxınlarımı və hətta ən yaxın insanları xəbərdar edirəm ki, bu mövzu mənimlə müzakirəyə açıq deyil. Biz eşitdik, qeyd etdik və irəliyə baxırıq.”
Onun sözlərinə görə, bundan sonra o, kirayə evdə yaşayacaq, çünki hazırda inşaat mərhələsində olan şəxsi mənzili tamamlanmayıb. Hakobyan həmçinin qeyd edib ki, bank hesabında təxminən 5 milyon dram (22657 manat) məbləğ qalıb və o, uzun illər fəaliyyət göstərdiyi “Mənim Addımım” fondunda işini davam etdirmək istədiyini bildirib.
Pashinyan isə sosial şəbəkədə paylaşdığı bəyanatda Hakobyanın qərarına hörmətlə yanaşdığını bildirib:
“Son 30 ildə o, mənim yanımda olub, mənim dayaq və sığınacaq yeri olub. Mən onun üçün eyni rol oynamışam, əmin deyiləm. Bəlkə də ona daha çox acı vermişəm – buna görə üzr istəyirəm.”
Hakobyan və Pashinyan uzun illərdir birgə yaşayırdılar, lakin rəsmi şəkildə evlənməmişdilər. Onlar “vətəndaş nikahı” adlandırılan uzunmüddətli münasibətlərdə olublar və bu statusla birlikdə dörd uşaq böyüdüblər.
Hakobyanın bu addımı sosial mediada və Ermənistan ictimaiyyətində geniş müzakirələrə səbəb olub, lakin hazırda tərəflər bu mövzunu özəl və ictimai müzakirələrdən kənar saxlamalarının vacib olduğunu vurğulayırlar.
Cavid, BakuPost
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:454
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 Fevral 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri