Icma.az
close
up
RU
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR

Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi sabiq prezident Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın sabiq rəisi Yuri Xaçaturovun növbəti iclasa məcburi qaydada gətirilməsi barədə qərar qəbul edib. Məhkəmə prosesi noyabrın 28-nə təyin olunub və Ermənistan Polisinə həmin şəxslərin iclasda iştirakını təmin etmək tapşırılıb. 

Noyabrın 15-də keçirilən məhkəmə iclasında adıçəkilən şəxslər iştirak etməyib. Yalnız keçmiş baş nazirin müavini və hazırda “Hayastan” blokundan olan deputat Armen Gevorqyan iclasda iştirak edib. Vəkillərin sözlərinə görə, təqsirləndirilən şəxslərin statusu rəsmi şəkildə qeyd olunmadığı üçün onların məhkəməyə gəlməsi məcburi hesab edilməyib. 

Məsələ ilə bağlı Modern.az-a danışan siyasi şərhçi Elşad Mirbəşiroğlu bildirib ki, məhkəmə 2008-ci ildə prezident seçkilərindən sonra müxalifətin etiraz aksiyasına qarşı iqtidar qüvvələri tərəfindən güc tətbiq edilməsi ilə bağlı başladılan cinayət işi ilə bağlıdır:

"Həmin etirazçılara qarşı zor tətbiq edilən zaman 10 nəfər etirazçı həyatını itirmişdi. Məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, Paşinyan hakimiyyətə gələndən sonra bu insanlara qarşı cinayət araşdırmaları başladılıdı. Təbii ki, əsas motiv təkcə 2008-ci ildə baş verən hadisələrlə bağlı deyil. Paşinyan hər şeydən öncə özünün siyasi opponentlərinə qarşı mübarizə aparır. Burada digər faktorların da mövcud olduğunu nəzərə almaq lazımdır. Paşinyan hakimiyyətə gəldiyi zaman Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik  Müqaviləsi Təşkilatının (KTMT) baş katibi idi. Paşinyan KTMT-nin baş katibi statusunda olan Xaçaturova cinayət işi başlatdı. Beləliklə də, Xaçaturov Baş katiblikdən getməli oldu. Bu həm də Paşinyanın KTMT-yə qarşı demarşı idi. Burada elə Ermənistan daxili siyasi mübarizəsinin komponentləri də mövcuddur. Bu şəxslər keçmiş Qarabağ klanını, yəni separatçıları təmsil edən şəxslərdir. Onlar da yenə o amildən istifadə edərək özlərinin hakimiyyətlə bağlı ambisiyalarını həyata keçirmək istəyirlər".

Politoloq söyləyib ki, bu hadisələri yalnız Ermənistandakı revanşistlərə qarşı mübarizə kimi qiymətləndirilməsi Paşinyanı məsuliyyətdən kənarda qoyur:

"Yeri gələndə Paşinyanın özü də revanşist mövqe sərgiləyir. O, 2018-ci ildə hakimiyyətə gələndə Azərbaycana qarşı hətta sələflərindən də sərt mövqe nümayiş etdirirdi. Paşinyanın həmin dövrdəki müdafiə naziri olan Tonayan Azərbaycanın yeni ərazilərini də işğal etmək niyyətini gizlətmirdi. Bu baxımdan, biz baş verənlərin motivini obyektiv dəyərləndirməliyik. Paşinyan özünün siyasi opponentlərini sıradan çıxarmaqla məşğuldur. Amma Köçəryana, Ohanyana, Xaçaturova münasibətdə cinayət işi açılıbsa, bu, müvafiq olaraq, revanşistlərin mövqeyini zəiflədir. Revanşistlərin rəhbərlərinə qarşı belə məhkəmə təqibləri onların diqqətini özlərinin müdafiəsinə yönləndirir. Bu, yaxşı haldır. Amma Ermənistanda çox ciddi daxili siyasi narazılıqlar mövcuddur. Paşinyanın keçmiş siyasi rəhbərliyə qarşı münasibəti də daxili siyasi mübarizənin göstəriciləridir. Nəzərə almaq lazımdır ki, mübarizə bundan sonra uzun zaman  davam edəcək. Ermənistan vaxtilə həyata keçirdiyi işğalçılıq siyasətinin girovluğunda qalacaq. Çünki  baş verənlər hakimiyyət uğrunda mübarizə aləti  kimi, siyasi qüvvələr tərəfindən bir-birilərinə qarşı istifadə ediləcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Noyabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri