Icma.az
close
up
RU
Paşinyan Rusiyanın idarəçiliyinə qarşı çıxdı

Paşinyan Rusiyanın idarəçiliyinə qarşı çıxdı

Icma.az bildirir, Modern.az portalına istinadən.

Nikol Paşinyan Ermənistan dəmir yollarının idarəetmə modelinin dəyişdirilməsinin vacibliyindən danışıb.

Modern.az xəbər verir ki, Paşinyan bu barədə Kotayk vilayətinin Qoxt kənd sakinləri ilə görüşü zamanı danışıb.

O bildirib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ölkənin dəmir yolu sisteminin inkişafı üçün maneəyə çevrilə bilər.

"Türkiyə hazırda Qars-Dilucu-Naxçıvan dəmir yolu xəttinin tikintisini həyata keçirir, halbuki Ermənistanda artıq hazır dəmir yolu infrastrukturu mövcuddur. Ermənistanda hazır dəmir yolu var və bu imkanlardan istifadə edilməlidir. Aparılan araşdırmalar nəticəsində hökumət problemin mövcud konsessiya idarəetmə modeli ilə bağlı olduğu qənaətinə gəlib. Ermənistan Dəmir Yolları Rusiya konsessiyasındadır və Rusiyanın Qərb ölkələri ilə mürəkkəb sanksiya münasibətləri var. Buna görə Qərb ölkələri bu mexanizmdən yan keçməyin yollarını axtarır”, – deyə o vurğulayıb.

Paşinyan bildirib ki, beynəlxalq şirkətlər sanksiya risklərindən yayınmağa çalışır və daha təhlükəsiz marşrutlar axtarırlar:

“Ermənistan Dəmir Yollarının konsessiya məntiqini mütləq dəyişməliyik. Yeri gəlmişkən, bu dəmir yolları 100 faiz Ermənistan Respublikasına məxsusdur. Bu addım ona görə vacibdir ki, sanksiya maneəsi dəmir yolumuzun inkişafına problem yaratmasın”.

Paşinyanın sözlərinə görə, Ermənistan bu istiqamətdə Rusiya da daxil olmaqla tərəfdaşlarla işi davam etdirəcək.

O əlavə edib ki, Ermənistan-Türkiyə sərhədinin və dəmir yolunun açılması məsələsi növbəti mərhələdə nəzərdən keçirilir.

“Şərqdən Qərbə yük axını o qədər böyükdür ki, əminəm Ermənistan dəmir yolu yüksək yüklə işləyəcək və ölkəyə böyük gəlir gətirəcək”, – deyə Paşinyan bildirib.

Baş nazir onu da qeyd edib ki, beynəlxalq tərəfdaşlar Ermənistan ərazisindən keçən avtomobil marşrutlarını da araşdırıblar və ən qısa Şərq-Qərb yolunun Tavuş, Lori və Şirak vilayətlərindən keçdiyi qənaətinə gəliblər:

“Söhbət Tavuşdan Şiraka qədər yolların inkişafı və yük maşınları üçün ödənişli magistralların yaradılmasına böyük investisiya marağından gedir”.

Qeyd edək ki, Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi hazırda Rusiya tərəfindən “Cənubi Qafqaz Dəmir Yolları” şirkəti vasitəsilə həyata keçirilir. Paşinyan daha əvvəl də bu məsələyə toxunaraq bildirmişdi ki, Rusiyanın konsessiya idarəçiliyi Ermənistanı bəzi rəqabət üstünlüklərindən məhrum edir. O, idarəetmənin həm Ermənistan, həm də Rusiya ilə dost münasibətləri olan üçüncü ölkəyə verilməsini təklif etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 May 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri