Icma.az
close
up
RU
Rusiyanın gizli Paşinyan arzusu: Müharibədən sonra ortaya çıxdı

Rusiyanın gizli Paşinyan arzusu: Müharibədən sonra ortaya çıxdı

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik getdikcə artır. Buna əsas səbəblərdən biri İrəvanın Moskva ilə mövcud ittifaq münasibətlərindən uzaqlaşaraq Avropa İttifaqına və ümumilikdə Qərbə inteqrasiya siyasəti yürütməsidir.

Ermənistan rəhbərliyi son dövrlərdə ölkənin Avropa İttifaqına üzvlüyü istiqamətində niyyətlərini açıq şəkildə ifadə edir. Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi siyasi qüvvə Ermənistanın Avropa məkanına siyasi və iqtisadi inteqrasiyasını prioritet istiqamətlərdən biri kimi təqdim edir.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı qərarı İrəvanın öz işidir. Rusiya Prezidenti Vladimir Putin də Ermənistanın Avropa İttifaqına üzvlük istəyinin ölkənin qanuni hüququ olduğunu vurğulayıb. Lakin Moskva bu məsələyə görə narahat olduğunu da fərqli platformalarda dilə gətirir. Pepperoni pizza

"Yeni Sabah" xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Ermənistanın xarici siyasətində Avropa istiqamətinin güclənməsi Moskva ilə İrəvan arasındakı münasibətlərdə əsas fikir ayrılıqlarından biri olaraq qalır:

“Rusiya-Ermənistan münasibətlərində görünən proseslə pərdaraxası məqamlar arasında ciddi fərqlər var. Ermənistanda parlament seçkilərindən öncə Paşinyanın Rusiyaya səfər etməsi, seçkidən 2 gün öncə, yəni nəticə bəlli olmadığı halda Putinin Paşinyanı Rusiyaya dəvət edəcəyini açıqlaması, Rusyanın istəyinin nəticəsi olaraq, müxalifətin parlamentdə daha çox yerə sahib olması Moskva və İrəvan arasında pərdəarxası sövdələşmələrin olduğunu deməyə əsas verir.

Əsas məsələ isə Rusiya ilə Ermənistan arasında Ukrayna müharibəsindən sonra kəskin şəkildə artan ticarət dövriyyəsi ilə bağlıdır. Yəni Moskvaya tətbiq edilən sanksiyalardan sonra bir çox məhsulun Ermənistan üzərindən Rusiyaya daşınması və bu ölkənin mallarınn yenə Ermənistan üzərindən xaricə satılması iki ölkə arasındakı münasibətlər barədə aydın təsəvvür yaradır.

Bu da onu göstərir ki, qərbmeyilli siyasətçi kimi tanınan Paşinyanın hakimiyyətdə qalması Rusiyaya sərf edir.

Real vəziyyət ondan ibarətdir ki, Ermənistanın yaxın perspektivdə Avropa İttifaqına üzvlük şansı yoxdur.

Paşinyan çox yaxşı bilir ki, Ermənistanın Rusiyadan ciddi iqtisadi asılığı olduğu halda, kəskin siyasi kurs dəyişikliyi İrəvan üçün ciddi problemlərə səbəb ola bilər.

Ona görə də Ermənistanın siyasi rəhbərliyində təmsil olunan şəxslərin mətbuata açıqlmaları ilə reallıq arasında kəskin fərqlər var.

Digər tərəfdən Paşinyan Rusyanın Ermənistanın Avropa İttifaqına inteqrasiya siyasəti ilə bağlı referendum təklifindən imtina etdi. Bununla da İrəvanı geosiyasi seçim qarşısında qalmaqdan xilas etmiş oldu. Nəticədə Avrasiya İqtisadi İttifaqında qalmaqla, Avropa İttifaqı ilə münasibələrini də qoruya bildi və beləliklə də manevr imkanlarını saxladı. Ona görə də hesab edirəm ki, Rusiya-Ermənistan münasibətlərində yaxın perspspektivdə ciddi dəyişiklik olmayacaq”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Sentyabr 2026 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri