Icma.az
close
up
RU
Paşinyan Sərkisyanın yalanını ifşa etdi: Məktubda Əliyevin də adı var

Paşinyan Sərkisyanın yalanını ifşa etdi: Məktubda Əliyevin də adı var

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun rəsmən ləğv edilməsindən sonra Qarabağ danışıqlarının tarixini əks etdirən arxiv sənədlərini yayımlayıb.

Materiallar arasında Aprel döyüşləri başa çatdıqdan sonra Ermənistanın o zamankı prezidenti Serj Sərkisyanın Rusiya lideri Vladimir Putinə ünvanladığı məktub xüsusi diqqət çəkib. Sərkisyan məktubunda Qarabağdakı separatçıların danışıqların bütün mərhələlərində “tamhüquqlu tərəf” kimi tanınmasını tələb edib, 1991-ci ildə keçirilmiş separatçı “referendumun” nəticələrinin gələcək statusun əsas hüquqi bazası sayılmasını istəyib. O cümlədən, açıq şəkildə Moskvanı Bakıya təzyiq göstərməyə çağırıb.

Bundan başqa, Sərkisyan iddia edirdi ki, Qarabağ danışıqları məhz onun istədiyi prinsiplə – keçmiş qondarma rejimə öz müqəddəratını təyinetmə hüququnun verilməsi ilə yekunlaşacaqdı. Bununla o, guya Azərbaycanın hansısa ərazi güzəştinə razı olduğuna eyham vururdu.

Bəs reallıq necədir?

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, Paşinyan ictimai vədinə əməl edərək yayımladığı sənədlər vasitəsilə danışıqlar prosesindəki məsələləri ortaya qoyub:

“Açıqlanan materiallar bir daha sübut edir ki, Prezident İlham Əliyev həm Madrid prinsiplərində, həm də Kazan görüşlərində öz mövqeyindən geri çəkilməyib. Sərkisyanın Putinə göndərdiyi məktubda İlham Əliyevin maksimalist mövqedə olduğu vurğulanır, bu isə göstərir ki, Azərbaycan tərəfi heç bir rayon və kənddən imtina etməyi düşünmürdü. Nəticə etibarilə bu sənədlərin ictimaiyyətə açıqlanması Azərbaycan Prezidentinin prinsipial mövqeyini bir daha təsdiqləyir.


Zaur Məmmədov

Eyni zamanda, seçki öncəsi bu addım Paşinyanın mövqeyini gücləndirir. Ermənistan lideri Qarabağdakı erməniləri özünə düşmən hesab edir. Serj Sərkisyan isə erməniləri aldadıb. Qondarma rejimin müstəqlliyinin tanınması heç vaxt real olmayıb.

Hətta həmsədrlər zaman-zaman bununla bağlı hansısa tələblər irəli sürsələr də, Prezident İlham Əliyevin mövqeyi birmənalı olub – münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Elə də oldu: danışıqlar nəticə vermədiyi üçün Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz ərazi bütövlüyün bərpa etdi, daha sonra isə münaqişəyə son qoydu”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri