Icma.az
close
up
RU
Kreml Tehranla Vaşinqton arasında vasitəçi olmaq istəyir

Kreml Tehranla Vaşinqton arasında vasitəçi olmaq istəyir

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Rusiya Ukraynaya qarşı işğalçı müharibə fonunda özünü həm də “sülhpərvər vasitəçi” kimi göstərmək istəyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Araqçı ilə Moskvada keçirdiyi son görüşdə deyib ki, nüvə məsələsinin həllində Kreml Tehranla Vaşinqton arasında vasitəçi olmağa hazırdır. Eynu gündə oxşar açıqlama Lavrovun müavini Mixail Qaluzindən gəlib. Rusiyalı diplomat Ermənistan Parlamentinin sədr müavini və Türkiyə ilə danışıqlarda ölkəsini təmsil edən Ruben Rubinyanla telefonla danışıb. Qaluzin Rusiyanın Ermənistanın Türkiyə ilə dialoquna dəstək verməyə hazır olduğunu bildirib. Bura Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın tez-tez təkrarladığı “Rusiya Azərbaycanla Ermənistan arasındakı danışıqlarda vasitəçi olmağa hazırdır” sözlərini də əlavə etsək, Kremlin ən azı 3 danışıqlar formatında iştirak etmək istədiyi aydınlaşar. Ancaq hələ ki, adları sadalanan heç bir ölkə vasitəçi təklifi ilə Kremlə müraciət etməyib. ABŞ və İran diplomatları arasında danışıqlar Omanda həyata keçirilir. Türkiyə və Ermənistan diplomatları arasındakı görüşlər isə Ankara və İrəvanda reallaşır. Ermənistanla Azərbaycan arasında danışıqlara gəldikdə isə xüsusi vasitəçiyə ehtiyac yoxdur, hər iki tərəf birbaşa danışıqlara üstünlük verir, lazım gəldikdə Tbilisidə də görüşmək mümkündür.
Elxan Şahinoğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Aprel 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri