Icma.az
close
up
RU
Paşinyan üçün çətin sınaq: Sülh müqaviləsini imzalama fürsəti daralır

Paşinyan üçün çətin sınaq: Sülh müqaviləsini imzalama fürsəti daralır

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Ermənistanın baş naziri Nikol Paşinyanı qınamaq olmaz, bu günlərdə hər tərəfdən divarlar üstünə gəlir.

Son bələdiyyə seçkilərinin nəticələrinə əsasən, vətəndaşların onun siyasətindən narazı olduğuna dair əlamətlər var. Diplomatik cəbhədə isə Azərbaycan tərəfindən son bir neçə həftə ərzində səslənən müharibə ritorikasının sabit, gurultulu, zil səsi fonunda ölkənin ərazi bütövlüyü ilə bağlı narahatlıqlar artır.
Reyting.az xəbər verir ki, bu barədə “Eurasia.net” yazıb.
Təhlildə qeyd olunur:
Martın 30-da Ermənistanın iki bələdiyyəsində yerli şuralara seçkilər keçirilib və bu, cəmiyyəti yenidən qurmaq üçün Paşinyanın açıqladığı “Real Ermənistan” proqramının elanı vaxtından bəri onun fəaliyyəti, eləcə də Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı ilk rəyin göstəricisidir. Nəticələr baş nazir üçün yaxşı heç nə vəd etmir.
Paytaxt İrəvanın yaxınlığındakı Parakarda Paşinyanın “Vətəndaş nüqaviləsi” partiyası müxalifət koalisiyası qarşısında məğlub oldu, həm də demək olar ki, ikinin birə nisbəti ilə. Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə “Vətəndaş nüqaviləsi”si 36 faizi səs toplayıb, səsvermə bülletenində istənilən partiyadan daha çox, lakin bir sıra müxalifət partiyaları şəhər şurasında çoxluq yaratmaq üçün güclərini birləşdirsələr, hakimiyyət partiyası rəhbərlikdən kənarda qala bilər.
Nəticələr onu göstərir ki, Paşinyanın qarşısında “Real Ermənistan” proqramının və Ermənistan-Azərbaycan sülh müqaviləsini xalqın bəyənməsi kimi çətin vəzifələr durur.
Paşinyanın “Real Ermənistan” gündəliyi fərdi təşəbbüs və sahibkarlığı inkişaf etdirməklə, Ermənistanın iqtisadi nizamını əsaslı şəkildə dəyişməyə çalışır. O, həmçinin, erməniləri keçmişdən ayıran xətti çəkən düşüncə və gələcəyə yönəlmiş yeni geosiyasi dünyagörüşü qəbul etməyə çağırır.
Proqramın təcəssüm etdirdiyi ideallar xalq referendumunda qəbul ediləcək yeni konstitusiyada təsbit olunmalıdır. Bunu Paşinyan bəyan edib. O, Ermənistanda 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərinə qədər layihəni hazırlamaq istəyir.
Səsvermə qutusunun ilkin göstəricilərinə əsasən, “Real Ermənistan” xalq plebisitində məğlubiyyətə düçar olmaqla, əsl problemlə üzləşib və Paşinyanın yenidən seçilmək şansları ilğım kimi görünür.
Paşinyan həm də görür ki, Azərbaycan mətninin müzakirəsi yekunlaşan sülh paktını imzalamağa çalışarkən, manevr etmək imkanı azdır. Bakı sənədi imzalamaq üçün bir sıra ilkin şərtlər, o cümlədən Azərbaycanın Qarabağ ərazisi üzərində suverenliyinin birmənalı şəkildə tanınması naminə Ermənistan konstitusiyasına dəyişiklik edilməsi tələbini qoyub. Yerli seçkilərin son nəticələri onu göstərir ki, hazırda Paşinyanın Bakının tələb etdiyi düzəlişin qəbuluna xalqı sövq etmək cəhdi siyasi intihar olacaq.
Öz növbəsində, Azərbaycan elə davranır ki, sanki imzalanmağa hazır sülh müqaviləsi yoxdur. Azərbaycan rəsmiləri, deyəsən, hərbi əməliyyatları təzələməyə can atırlar. Son iki həftə ərzində Bakı İrəvana qarşı demək olar ki, hər gün ittihamlar səsləndirir: Ermənistan silahlı qüvvələri sərhədyanı rayonlarda silahlı təxribatlar törədir.
Ermənistan hökumət rəsmiləri bütün ittihamları qətiyyətlə rədd edir və hətta azərbaycanlıların sərhədə yaxın erməni kəndlərini atəşə tutması ilə bağlı əyani sübutlar təqdim edirlər.
Azərbaycanın yüksək səviyyəli dövlət məmurları və dövlətə bağlı media qurumları artıq ritorik hücuma keçiblər. Prezident İlham Əliyev martın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən təxminən otuz ilə yaxındır işğal altında olan Ağdamın bir kəndində etdiyi çıxışda Ermənistanı dönə-dönə “mənfur düşmən” kimi qələmə verib, erməni qüvvələrini “talançılar” və “misli görünməmiş vəhşilik” edən “oğrular” adlandırıb.
Daha dəhşətlisi odur ki, Azərbaycan mətbuatı Bakının iki dövlət arasında mövcud sərhədi müəyyən edilmiş hesab etmir, buna açıq eyhamlar vururlar. Son zamanlar müxtəlif media şərhlərində “şərti sərhəd” ifadəsi yer alıb. İfadənin mənası ondan xəbər verir ki, sərhədi hər iki tərəf qəbul etsə belə, real deyil.
“Şərti sərhəd” ifadəsinin mətbuatda dəfələrlə işlədilməsi, xüsusən Əliyevin Sünik vilayətindəki Ermənistan ərazilərinin bir hissəsinin “tarixi Azərbaycan torpaqları” adlandırması fonunda rəsmi Bakının “Qərbi Zəngəzur” kimi göstərdiyi əraziləri geri almaq üçün güc tətbiqinə əl atacağı ilə bağlı qorxular yaranır.
Regional analitiklər Cənubi Qafqazda davamlı sülh üçün imkan pəncərəsinin bağlanmasından narahatdırlar.
"Cənubi Qafqazda sülhün tərəfdarı olanlar hərəkətə keçmək istəyirlərsə, indi əsl vaxtıdır. Əsas elementlər yerindədir. Əgər Bakı və İrəvan çox gözləsələr, indiyə qədər nizamlanma üçün əldə etdikləri ən yaxşı imkanlardan birini itirsələr, bu, bütün region üçün ağır nəticələrə səbəb olacaq", - deyə “Brüssel Qrupu”nun Qafqaz üzrə eksperti Olesya Vartanyan yazıb.

Y. QACAR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Aprel 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri