Icma.az
close
up
RU
Paşinyan üçün KRİTİK seçim Referenduma getməsə…

Paşinyan üçün KRİTİK seçim Referenduma getməsə…

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində diplomatik təmaslar davam etsə də, prosesin taleyini müəyyən edəcək əsas məsələlərdən biri hələ də açıq qalır. Söhbət Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların dəyişdirilməsindən gedir.

Bəs Paşinyan konstitusiya dəyişikliyini nə vaxt reallaşdıracaq?

Deputat Könül Nurullayeva Musavat.com-a deyib ki, münasibətlərin tam normallaşması üçün hüquqi maneələr aradan qaldırılmalıdır. Onun sözlərinə görə, Paşinyanın konstitusiyanın yenilənməsinin zəruriliyi ilə bağlı çoxsaylı fikirlər səsləndirib: “O, yeni konstitusiyanın qəbul edilməsinin ölkənin daxili inkişafı baxımından vacib olduğunu bildirsə də, bu islahatın konkret vaxtı və məzmunu barədə hələ də aydın mövqe ortaya qoyulmayıb. Məhz bu qeyri-müəyyənlik müxtəlif suallar doğurur. Əsas müzakirə mövzularından biri konstitusiya dəyişikliyinin sülh müqaviləsindən əvvəl, yoxsa sonra həyata keçiriləcəyidir. İrəvan bu addımı saziş imzalanmadan əvvəl atarsa, bu, əsas narahatlıqlardan birinin aradan qalxmasına və yekun razılaşmanın daha sürətlə əldə olunmasına töhfə verəcək. Əks halda, konstitusiya islahatının sonrakı mərhələyə saxlanılması tərəflər arasında etimadın möhkəmlənməsini çətinləşdirə və danışıqların uzanmasına səbəb ola bilər”.

Deputat bildirib ki, hazırda Ermənistanın daxili siyasətində fikir ayrılığı Paşinyanın qarşısında duran əsas maneələrdən biri kimi görünür: “Müxalif qüvvələrin böyük hissəsi konstitusiya dəyişikliklərinə ehtiyatla yanaşır və bunu ölkənin milli maraqlarına zidd addım kimi qiymətləndirir. Bu destruktiv qüvvələr hər vəchlə prosesi pozmağa çalışır. Hazırda referendumun keçirilməsi ilə bağlı da rəsmi tarix açıqlanmayıb. Əslində konstitusiya islahatı geniş ictimai müzakirələr və siyasi razılaşmalar tələb edən prosesdir. Bu isə sülh müqaviləsinin imzalanma vaxtına da birbaşa təsir göstərə bilər”.

K.Nurullayeva qeyd edib ki, son dövrlərdə həm Qərb dövlətlərinin, həm də region ölkələrinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına marağının artması fonunda İrəvan üzərində diplomatik təzyiqin gücləndirilməsinə ehtiyac var: “Çünki Cənubi Qafqazda sülh regional təhlükəsizlik gündəliyinin əsas mövzularından birinə çevrilib. Azərbaycan məsələyə ciddi yanaşır və sülhün əsas təşəbbüskarı kimi bütün praktik addımlar atır. Paşinyanın bu istiqamətdə atacağı addımlar da adekvat olmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 İyul 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri