Paşinyan üçün nə dəyər, nə də vətən anlayışı mövcuddur Vardanyan
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Nikol Paşinyan üçün nə dəyər, nə də vətən anlayışı mövcuddur.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Respublika partiyasının idarə heyətinin üzvü Tiqran Vardanyan feysbuk hesabında paylaşım edib.
“Paşinyan üçün kimə xidmət etdiyi önəmli deyil, əsas odur ki, hakimiyyətdə olsun. Paşinyan Qərbin onun yalan vədlərindən təngə gəldiyini başa düşəndə nə etdi? Moskvaya yanaşmağa başladı, yenidən Rusiyanın ayaqları altında olmağa hazır idi. Bu insan üçün nə dəyər, nə prinsip, nə də vətən anlayışı mövcuddur. Onun tək hədəfi hakimiyyətdə qalmaqdır, hətta bundan ötrü biabırçı güzəştlərə getmək lazım gələrsə belə.
Lakin bu, oyun deyil, bizim dövlətimizin taleyidir. Ey camaat, gələcəyimizi təsadüfi insanların ixtiyarına verə bilmərik”, – Vardanyan yazıb.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 19 Fevral 2025 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















