Icma.az
close
up
RU
Paşinyan və II Qaregin arasında nə baş verir? ŞƏRH

Paşinyan və II Qaregin arasında nə baş verir? ŞƏRH

Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Ermənistanda seçki qabağı ictimai-siyasi mühit günü-gündən gərginləşməkdədir. Bu gərginlik kilsə ilə Paşinyan arasında daha da dərinləşir. Kilsə müxalifətlə birləşərək Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Hətta bir müdddət əvvəl Baqrat Qlastyanın başçılığı ilə etiraz aksiyalarına start verilmişdi. Amma nəticədə isə uğursuz olaraq sakitləşmişdilər. O zaman kilsə Baqrata üstü örtülü dəstək verirdisə, indi açıq şəkildə hərkətə keçmişdir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Millət vəkili qeyd edib ki, Ermənistan konstitusiyasında din dövlətdən ayrıdır. Buna baxmayaraq, kilsə dövlətin işlərinə qarışmağa və insanları Paşinyana qarşı hazırlamağa çalışır. Paşinyan bu vəziyyəti görür və kilsənin başında dayanan II Qaregeni subaylıq andına sadiq qalmamağı və kənarda övladı olmağı ilə günahlandırır. Həm də II Qaregenin istefa verməli oduğunu və kilsəni əhdinə sadiq insanlarla əvəz edilməli olduğunu bildirir. II Qaregen isə Paşinyanı kilsənin işlərinə qarışmağı ilə günahlandırır.

Deputat bildirir ki, bu mübahisəli vəziyyət günü-gündən dərinləşməkdədir. Hətta dünən ezamiyyətdən qayıdan II Qaregeni qarşılamaq üçün yüzlərlə erməni hava limanına gəlmişdi. II Qaregen orda ermənilərə çağırışlar da etdi.

“Təbii ki, ictimai-siiyasi mühitin gərginləşməsi Paşinyanın mövqelərini zəiflədir. Bu bir daha gələn ildə Ermənistanda seçkilərin heç də rahat keçməyəcəyini göstərir. Amma Paşinyanın da kifayət qədər resursu var. Bu baxımdan Paşinyanı gələn ildə keçiriləcək seçkilərdə hakimiyyətdən uzaqlaşdıra biləcəyini inandırıcı görünmür”, - deyə Azər Badamov vurğulayıb.

Digər müsahibimiz Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu isə deyir ki, Paşinyanla kilsə arasında gərginlik yeni məsələ deyil və bunun köklü səbəbləri var.

Ə.Zülfüqaroğlu bildirib ki, indiyədək Ermənistanın xarici siyasi kursu erməni kilsəsi və lobbisi tərəfindən müəyyənləşib: “Ən əsası isə “Böyük Ermənistan” ideologiyasının müəllifi erməni kilsəsidir. Eyni zamanda Ermənistan konstitusiyasında erməni kilsəsi və lobbisinə müstəsna hüquqlar verilib. Bu da Ermənistan dövlətinin idarəçiliyində bu iki faktorun həlledici xarakter daşıdığına gətirib çıxarıb

Paşinyan sülh danışıqları prosesində tamamilə adekvat fəaliyyət yürütməsə də, onun “real Ermənistan” siyasəti kilsə və lobbinin ideoloji əsasları ilə ziddiyyət təşkil edir. Yəni, “real Ermənistan” “böyük Ermənistan” ideologiyasının aradan qaldırılması deməkdir. Bu da kilsə və lobbinin faktiki olaraq Ermənistan siyasi səhnəsindən çıxarılması deməkdir. Buna görə də, Paşinyan hökumətinə qarşı kəskin mövqe nümayiş etdirilir”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, Paşinyan Azərbaycanın Ermənistan konstitusiyasının dəyişdirilməsi və oradan Azərbaycana qarşı ərazi iddialarının çıxarılması tələbinin yerinə yetirilməsini ləngitsə də, amma yerinə yetirəcəyinə söz verib: “Bu da o deməkdir ki, erməni kilsəsi və lobbisinə Ermənistan konstitusiyasında verilən hüquqlar onların əlindən alınacaq.

Nəticədə nə baş verəcək?

Kilsə və lobbinin Ermənistan dövlətinə təsir mexanizmləri sıradan çıxarılacaq. Bu da eyni zamanda Ermənistan dövlətçiliyini məhvə aparan idelogiyanın dəfn edilməsinə və Ermənistanın xarici siyasətində rol oynamamasına səbəb olacaq. Təbii ki, kilsə və lobbi üçün Ermənistan dövləti və xalqı maraqlı deyil. Onları ayaqda saxlayan və eyni zamanda gəlir mənbəyi rolunu oynayan “böyük Ermənistan” ideologiyasının yaşamasıdır. Bu faktorlar hökumətlə kilsə arasındakı münasibətləri daha da kəskinləşdirəcək.

Politoloq hesab edir ki, müxtəlif bəhanələr səsləndirilə bilər, amma gərginliyin təməl səbəbi budur. Proseslər Paşinyan üzərində təzyiq yaratsa da, bütövlükdə onun prosesdən qalib çıxma ehtimalı daha güclüdür. Ən azından Ermənistan ictimai rəy bunu deməyə əsas verir”.

Aminə Nəzərova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 12 İyun 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri