Icma.az
close
up
RU
Paşinyan və ya Simonyan Bakıya gəlir? “Mümkündür”

Paşinyan və ya Simonyan Bakıya gəlir? “Mümkündür”

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Avqustun 8-də Vaşinqtonda imzalanmış sənəd və tərəflərin verdiyi bəyanatlar göstərir ki, həm Azərbaycan, həm də Ermənistanda bu prosesi irəlilətmək üçün müəyyən iradə var. Amma Azərbaycandan fərqli olaraq, Ermənistanda bu prosesə müqavimət də çoxdur”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə ki, Azərbaycan nümayəndələrinin İrəvana səfəri, ardınca Ermənistandan olan bir qrupun Bakıya gəlişi ilk addımlardır:

"Alen Simonyanın Bakıdan dəvət gözləməsi barədə bəyanatı hələlik bu siyahıya əlavə edilə bilməz. Doğrudur, Simonyan artıq Milli Məclisin sədri Sahibə Qafarova ilə bir neçə dəfə görüşüb. Bu görüşlərin sonuncusu oktyabrın 21-də Cenevrədə baş tutub.

Amma dayanıqlı sülh istəyiriksə, Azərbaycan və Ermənistanın media, ictimaiyyət, o cümlədən parlament nümayəndələrinin davamlı görüşünə ehtiyac var. Bu olduğu təqdirdə, şübhəsiz ki, tərəflər arasında etimad mühitinin formalaşmasına pozitiv təsirləri də olacaq.

Alen Simonyan bu tipli məsələlərdə daha çevik tərpənir. O, Ermənistan üçün real görünməyən təkliflər də səsləndirir. Onun Sahibə Qafarovanı İrəvana dəvət etmək fikri, o cümlədən təklif olarsa, özünün də Bakıya gəlmək barədə səsləndirdiyi fikirlər beynəlxalq ictimai rəy yönəlmiş açıqlamadır. O göstərmək istəyir ki, Ermənistan sülh prosesində maraqlıdır. Digər istiqmət idaxili auditoriyadır. Ermənistanda sülh prosesinə qarşı olan kifayət qədər ciddi qüvvələr var - erməni kilsəsi və millətçi partiyalar”. 

O.Qasımov vurğulayıb ki, Alen Simonyan və ya digər rəsmi şəxsin Azərbaycana səfəri yaxın perspektivdə real görünmür:

“Simonyan həm də seçki öncəsi Ermənistan cəmiyyətinə sülh prosesini aşılamağa çalışır. Ermənistan rəsmisi göstərməyə çalışır ki, ermənilər üçün sülhün alternativi yoxdur. Ancaq Simonyanın səsləndirdiyi fikirlərin reallaşması hələlik çətindir. Ermənistan tərəfi belə bir bəyanat səsləndirsə də, keçən il tamam fərqli davranış gördük. COP29-da rəsmi dəvətli olsa da, Ermənistan tərəfi bu tədbirdə iştirakla bağlı son ana qədər tərəddüd etdi, sonra isə iştirak etmədi.

Amma nəzəri baxımdan, hansısa beynəlxalq tədbirlə bağlı Simonyanın Bakıya səfəri mümkündür. Hələlik tərəflər arasında bəzi məsələlər tam şəkildə həllini tapmadığına və diplomatik münasibətlər qurulmadığına görə belə səfərlərin həyata keçirilməsi reallıqdan uzaqdır”.

Xatırlatma: Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan lazımi vaxtda Azərbaycana səfər etməyə hazır olduğunu bildirib. Bu gün Baş nazir Nikol Paşinyan da qarşılıqlı səfərləri dialoqda zərurət adlandırıb.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Noyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see449

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see413

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see360

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see222

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see219

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see216

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see206

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see203

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see202

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see190

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see183

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see177

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see171

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see163

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see163

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see163

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see162

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see162

Ukraynada qadınların hərbi qeydiyyatı və səfərbərliyi an məsələsidir

09 Oktyabr 2026 03:05see161

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri