Paşinyan yenidən Anna Akopyana qovuşacağına ümid edir
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
"Əgər indiyədək həyatın teatrdan daha mürəkkəb olduğuna əmin olmamısınızsa, gələcək həyatınızda buna mütləq əmin olacaqsınız".
Qaynarinfo xəbər verir ki, bunu hökumət iclasından sonra jurnalistlərə açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
O, ayrıldığı Anna Akopyanla yenidən bir araya gəlməsi ilə bağlı sualı cavablandırıb.
"Anna bəyanat verəndə mən də bu qərara hörmətlə yanaşdığımı bildirdim, lakin həmin qərarla razı olduğumu demədim və təbii ki, sizin dediyiniz hadisənin baş verməsi üçün də bu məntiqlə cəhdlər göstərdim. Sevinirəm ki, bu baş verir və ailəmizi qorumaq üçün daha bir şansım olduğuna görə də sevinirəm", deyə o bildirib.
Xatırladaq ki, fevralın sonunda uzun illər vətəndaş nikahında yaşayan N.Paşinyanla A.Akopyanın ayrıldığı məlum olub. Ermənistanın "Hraparak” qəzeti cütlüyün rəsmi ayrılığına illərlə davam edən gərgin münasibətlərin səbəb olduğunu yazıb.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 23 Aprel 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















