Icma.az
close
up
RU
Paşinyana sui qəsd edilə bilər Vitse spiker

Paşinyana sui qəsd edilə bilər Vitse spiker

Icma.az bildirir, Modern.az portalına istinadən.

Milli Məclisin vitse-spikeri Musa Qasımlı Azərbaycan və Ermənistan liderlərinin 10 iyulda Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində keçirilən görüşündən danışıb.

Modern.az xəbər verir ki, Musa Qasımlı görüşü sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılması istiqamətində tarixi addım kimi dəyərləndirib.

"Əbu-Dabidə cənab Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş sülhün qurulması və münasibətlərin normallaşdırılması istiqamətində tarixi addımdır. Danışıqlarda aşağıdakı məsələlər işlərin davam etdiyini göstərir:

1. Görüşün vasitəçisiz keçirilməsi böyük çətinlikləri aşmaq olduğundan tarixi hadisədir. O deməkdir ki, tərəflər üz-üzə oturub problemləri müzakirə etməyi bacarırlar. Vasitəçi həmişə özünün marağını güdür, problemi tam həll etmir, regionda qalmaq və ya regiona gəlmək üçün vasitəçiliyindən bir alət kimi istifadə edir. Bunun acı təcrübəsi bəllidir.

2. Danışıqlar başlamazdan əvvəl cənab Prezident İlham Əliyevin Ermənistan nümayəndə heyətinə uzatdığı əl həm böyüklüyün, həm də həqiqi sülh qurmaq istəyinin göstəricisi idi. Bunun ardınca, Ermənistan tərəfinin də eyni davranışı etməsi münasibətləri normallaşdırmaq istəyini və səylərini göstərir.

3. Danışıqların 5 saat sürməsi müsbət haldır. Diplomatiya tarixində danışıqların uzun sürməsi, fasilə götürülməsi və yenidən başlanması, nümayəndə heyətləri ilə geniş tərkibdə davam etdirilməsi işlərin yaxşı getdiyini, icra edənlərə konkret tapşırıqların verildiyini göstərir.

4. Danışıqlardan sonra nümayəndə heyətlərinin bir-birinə münasibəti də qarşılıqlı anlaşmanı göstərir. Hər şey tərəflərin qətiyyətindən asılıdır. Azərbaycan normallaşma və sülh istəyir. Ermənistan necə? Bunu zaman göstərəcək?", - o deyib.

Vitse-spiker vurğulayıb ki, buna baxmayaraq, iki ölkə arasında sülhə və normallaşmaya bir sıra təhdidlər hələ də qalır:

"Münaqişə törədib qanlar üzərində regionda varlığını qorumuş və indi də çıxmaq istəməyən qüvvələr əsasən aşağıdakı vasitələrlə sülhə və normallaşmaya mane olacaqlar:
- Ermənistan Baş nazirinə qarşı sui-qəsd, terror aktı törədilə bilər; Ermənistanı daxildən qarışdıra bilərlər; revanşistləri radikal hərəkətlərə sövq edə bilərlər; dövlət çevrilişi və qiyam cəhdləri edilə bilər; Eçmiadzindəki erməni kilsəsi həmişə SSRİ DTK-nın nəzarətində olduğundan din adamlarından istifadə edilə bilər. Artıq keçmiş sistem mövcud olmasa da, kilsə xadimlərinin bundan əvvəlki hərəkətlərinin kökü bu bağlılıqdadır; Ermənistana qarşı ticarət-iqtisadi, siyasi-diplomatik və hərbi təzyiqlər ola bilər; qanlı təxribatlar törədilə bilər; hakimiyyətə qarşı kəskin informasiya savaşına başlanıla bilər və s.

Bəzi ölkələrdən ərazi baxımdan kiçik, əhali sayı az olan Azərbaycanın Prezidenti tərəfindən Böyük addlmların atılması bədxahların gözünə zəhərli ox kimi batır. Bütün təzyiqləri rədd edən Azərbaycan yoluna inamla davam edir. Təyyarəmizin vurulmasının, azərbaycanlılara qarşı törədilən zorakılıqların, bir neçə kənd təsərrüfatı şirkətimizə qarşı tətbiq edilən qadağaların, Kiyevdə səfirliyimizin yaxınlığının bombalanmasının səbəblərini həm də bunda axtarmaq düzgün olmazdımı?".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyul 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri