Icma.az
close
up
RU
“Nikol Paşinyana sui qəsd olmasa...” AÇIQLAMA

“Nikol Paşinyana sui qəsd olmasa...” AÇIQLAMA

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“Sülhdən geri dönmək üçün riskləri var. Çünki qarşımızda Ermənistan cəmiyyətidir və bu cəmiyyətin özünün bir yektil yanaşması yoxdur”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 
O bildirib ki, Minsk qrupunun artıq fatihəsi verilib:
“Keçmiş prezidentlər, xaricdən müdaxilə edən qüvvələr hamısı deyir ki, Ermənistanın indiki problemli vəziyyəti Nikol Paşinyanın siyasətindən qaynaqlanır. 
Əslində, bu düzgün bir yanaşma deyil. Bu həm də tarixi bir səhvdir. Çünki Ermənistanın vəziyyətini gərginləşdirən, Ermənistanı problemlərlə üz-üzə qoyan, 90-larda orada hakimiyyətə gəlmiş millətçi qüvvələrin yanlış siyasi xətti oldu. Onlar çalışdılar xalqı özlərinin aqressiv planları ilə səfərbər etsinlər, müharibəyə hazırlıqlar aparırdılar. Xaricdən onlara çox böyük dəstək verilirdi. O zaman Azərbaycan ordusu o qədər də mütəşəkkil deyildi, amma oğullarımız çox yaxşı döyüşürdülər. 
1991-ci ildə onların müdafiə naziri parlamentdə güllə baranına məruz qalmışdı. Vazgen Sarkisyan artıq çarəsiz görünürdü və demişdi ki, “biz nə edək, azərbaycanlılarla bacarmırıq”. Bu zaman xarici qüvvələr onların köməyinə gəldi”.
Politoloq diqqətə çatdırıb ki, indi isə Azərbaycan mütləq qalibdir:
“Ermənistana öz şərtlərimizi bildirmişik.  Paşinyanın ATƏT-ə müraciəti olacaq. 
Digər tərəfdən də, vəd verdiyi kimi, konstitusiyada dəyişiklik etməlidir. Bunlar baş verdikdən sonra əgər Nikol Paşinyana sui-qəsd olmasa, dövlət çevrilişini bəzi qüvvələr həyata keçirməsə, düşünürəm ki, sülhə aparan yol açıq olacaq. Azərbaycan buna hazırdır. 
Əgər doğrudan da tərəf müqabilimiz sözün əsl mənasında müstəqil subyekt olsaydı, çoxdan dil tapmışdıq. Sadəcə məsələ burasındadır ki, Ermənistan bu baxımdan natamam subyektdir və onun daxili işlərinə qarışan qüvvələrin də sayı çoxdur. Fransası, Amerikası, diaspor təşkilatları və xüsusilə kilsə demək olar ki, Paşinyana aman vermir. Real Ermənistanın yaradılması Paşinyan hökumətinin əsas məqsədidir və bu düzgün fikirdir. Çünki ermənilər ömür boyu xəyallarla yaşayıblar. Bunların heç biri reallaşmayıb. Ona görə hesab edirəm ki, Paşinyan işini ehtiyatla aparmalıdır. Azərbaycan bu istiqamətdə ona dəstək verməyə hazır olacaq. 
Nəhayət, Ermənistanın hakimiyyətinə 30 ildən sonra az-çox proqramatik düşüncəyə malik bir adam gəlib. Bəli, o səhvlər edib, amma fəaliyyət göstərən adam səhv edər. O artıq səhvlərindən nəticə çıxarır. Post-major hal yaranmasa, biz sülhə doğru hərəkəti davam etdirəcəyik”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Sentyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri