Paşinyandan erməni kilsələrinə Qarabağla bağlı TƏLƏB
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, kilsələrdə keçirilən dini mərasimlər zamanı “Arsax”ın (ermənilərin Qarabağa verdiyi qondarma ad) xatırlanması müharibəyə çağırış deməkdir və bu, Azərbaycanla sülh prosesinə mane olur.
Lent.az xəbər verir ki, bu barədə o, jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.
Paşinyan xatırladıb ki, Azərbaycanla müharibə artıq başa çatıb və buna görə də “Qarabağ hərəkatı” (Qarabağın yenidən Ermənistanın tam nəzarətinə qaytarılması ideyasını müdafiə edən hərəkat) artıq mövcud deyil. Onun sözlərinə görə, istənilən tribunalardan “Arsax Respublikası”nın xatırlanması müharibəyə aparan yol deməkdir.
Baş nazir qeyd edib: “Yaxşı, gəlin hamımız Arsax Respublikasına istinad etməyə başlayaq. Bu nə deməkdir? Bu, münaqişə deməkdir. Belə hər ifadə müharibəyə çağırışdır: bu gün, sabah, birisi gün nə vaxt olacağını bilmirəm, amma bu, müharibəyə çağırış deməkdir”.
2025-ci il avqustun 8-də Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə hərbi əməliyyatların dayandırılması barədə bəyannamə imzalayıblar. Sazişə əsasən, digər məsələlərlə yanaşı, Azərbaycanı Ermənistan ərazisi vasitəsilə Naxçıvanla birləşdirəcək və ABŞ tərəfindən nəzarət olunacaq “Tramp marşrutu” adlı dəhlizin açılması da nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 Mart 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















