Icma.az
close
up
RU
Paşinyandan erməni xalqına mühüm ÇAĞIRIŞ

Paşinyandan erməni xalqına mühüm ÇAĞIRIŞ

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində xalq seçim etməlidir:

Ermənistan Qarabağ hərəkatını davam etdirir, ya yox? Alınan məlumata görə, Paşinyan bu barədə “Facebook” səhifəsində yayımladığı videoda deyib. “Son dövrlərdə mənim tərəfimdən edilən vurğular baxımından sülh və müharibə mövzusuna toxunmaq istəyirəm. Baxın indi, Ermənistan reallığında, müxtəlif yerlərdə və müxtəlif fürsətlərdə söhbət gedərkən Artsax Respublikası deyirlər, Artsax məsələsi deyirlər və s. Biz bu sözün mürəkkəb ifadələrini başa düşməliyik, nədən söhbət getdiyini anlamalıyıq. Yəni sözün dəyəri var və onun nəticəsi var, söz əməldir və ya əməl planıdır. Və biz bu ifadələri işlədəndə onun növbəti addımının nə olduğunu başa düşməliyik. Bu ifadə səslənəndə – istər kilsə kürsüsündən olsun, istər elmi məntiqlə olsun, istər ictimai məntiqlə olsun, istər hər hansı başqa məntiqlə olsun – sadəcə olaraq onun nə vaxtsa münaqişəyə gətirib çıxarmayacağı heç bir variant yoxdur. Demirəm sabah və ya bazar ertəsi, amma o, bir an gəlib münaqişəyə səbəb olacaq” – deyə Baş nazir bildirib. O, əlavə edib ki, dəqiq qərar verilməlidir: Ermənistan Qarabağ münaqişəsini davam etdirir, ya yox? Çünki indi siyasi meydan da məhz bu məntiqlə mövqe tutur: sülh partiyası, deyir ki, Qarabağ hərəkatı davam etdirilməməlidir və müharibə partiyası, mahiyyət etibarilə birbaşa və ya dolayısı ilə deyir ki, Qarabağ hərəkatı davam etdirilməlidir.

“Mən dəqiq deyirəm ki, Ktriç Nersisyan müharibə partiyasının rəhbərliyini üzərinə götürüb, qalanları – Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və başqaları – bu məntiqə sığışırlar. Və biz çox dəqiq seçim etməliyik:

Qarabağ hərəkatını davam etdiririk, ya yox? Davam etdiririksə, bu yeni müharibə deməkdir, başqa cür ola bilməz. Üstəlik, 2020-ci ildən əvvəl də müharibə var idi, sadəcə sülh bizə o qədər yad idi ki, biz sülhlə müharibəni də bir-birindən ayırmırdıq, indi ayırmağa başlayırıq. Və biz bu seçimi etməliyik. Biz deyərkən, nəzərdə tuturam ki, xalq bu seçimi etməlidir. Xalq qarşıdakı seçkilərlə deməlidir: o, Qarabağ hərəkatını davam etdirir, ya yox?

Çünki əgər Qarabağ hərəkatını davam etdirirsə, bu o deməkdir ki, Ktriç Nersisyanın piramidası altında olan qüvvələrin xeyrinə səs verməlidir, əgər Qarabağ hərəkatını davam etdirmirsə, “Mülki Müqavilə” partiyasının xeyrinə səs verməlidir, çünki “Mülki Müqavilə” partiyası deyən yeganə siyasi qüvvədir ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, ikinci belə qüvvə mövcud deyil”, – deyə Baş nazir qeyd edib. O, əlavə edib ki, xalq həm də daha geniş çərçivədə qərar verməlidir: “Mülki Müqavilə” yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır deyən yeganə partiyadır. Niyə? Çünki bu, müstəqillik bəyannaməsi deyil, konflikt bəyannaməsidir. Çünki biz bununla deyirik ki, biz dövlət qururuq, öz vətəndaşlarımızın təhlükəsizliyini, rifahını və azadlığını təmin etmək üçün yox, əksinə, biz Dağlıq Qarabağ və Qərbi Ermənistan üçün dövlətəsaslandırırıq. Bu münaqişə bəyannaməsidir və əgər biz bu yolla gediriksə, deməli münaqişə qaçılmazdır. Və gündəlik ictimai siyasi həyatda biz bu məsələ ilə bağlı qərar verməliyik. Mən Ermənistanın Baş naziri və “Mülki Müqavilə” partiyası İdarə Heyətinin sədri kimi dəqiqliklə deyirəm: biz bunu davam etdirməməliyik. İndi bilirəm, yenə deyəcəklər, buna qarşı deyiləm, qoy desinlər: “bəs o vaxt Qarabağla bağlı nə deyirdin, bilmirəm nə ilə bağlı nə deyirdin”.

Bəli, deyirdim, deyirdim və bu onu göstərir ki, mən o reallıqdan qopmamışdım, mən o reallığa qarşı deyildim, bu onu göstərir ki, mən o gündəliklər üçün maksimumu etmişəm. Və buna görə də İNCİL-dən bir parça sitat gətirmişəm: “Sizin üçün zurna çaləndı, amma siz oynamadınız, özünüz üçün ağı oxudunuz, amma siz ağlayıb-sızlamadınız”. Burada da xahiş edirəm bu sözün mürəkkəb ifadələrini dərk edəsiniz, çünki şərh etmək istəmirəm. Olan oldu, keçdi. Söhbət ondan gedir ki, mən 2018-ci ildə, 2019-cu ildə nədən danışırdım və həmin insanlar buna necə reaksiya verirdilər. Amma bugünkü efirin mənası çox dəqiqdir: sözün gücü var, sözün nəticəsi var, sözün məzmunu var və söz özündə əməl daşıyır. Qarabağ ermənilərinin qayıdış hüququndan danışanlar… Azərbaycan da öz növbəsində deyir: bizim də qayıdış hüququ olan insanlarımız var, bilirsiniz bunu hansı adla adlandırırlar? Mən bunu təkrar etmək istəmirəm. Biz həmin mühiti başa düşməliyik, digər tərəfdən də başa düşməliyik ki, biz bu gün sülhü qeydə almışıq və sülhə sahibik. Deməli, heç kim bu seçimdən yayınmayacaq. Qarabağ hərəkatını davam etdiririk, ya yox? Əgər davam etdiririksə, bu müharibədir, davam etdirmiriksə, bu sülhdür. Və Sülh hər gün daha da güclənəcək və müstəqillik hər gün daha da güclənəcək, suverenlik hər gün daha da güclənəcək, Ermənistan Respublikası hər gün daha da güclənəcək və mən bu hərəkata rəhbərlik edirəm, kim razıdırsa, mənim arxamca gəlsin” – deyərək Paşinyan yekunlaşdırıb.

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Mart 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri